Ermənistan Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsini pisləyib
Ermənistan Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsini qınayır. Bu haqda Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir . Baş nazir də Türkiyənin müdaxiləsinin qarşısını almaq çağırışı ilə beynəlxalq ictimaiyyətə müraciət edib.
Ermənistanın Suriyada humanitar missiyası davam edir. Ermənistan həkimləri və istehkamçıları gündəlik işlərini davam edirlər.
Ermənistanın Suriyadakı diplomatik nümayəndəliyi atəş altında qalan ərazilərdə, o cümlədən də Tel Abyad və Qamışlıda olan həmvətənlərin təcili evakuasiyasını təşkil edir.
Türkiyə sərhədləri boyunca “təhlükəsiz zona” yaratmaq üçün Suriyanın şimal-şərqində hərbi əməliyyata başlayıb. 200-dən çox obyekt hücuma məruz qalıb. Ağır silahlardan – aviasiya və artilleriyadan istifadə olunur. Vaşinqton bildirib ki, Türkiyə hərbçilərinə mane olmayacaq və öz qoşunlarını ərazıdən çıxarmağa başlayıb. Yaranmış vəziyyətdə Türkiyı ilə Suriyanın şimal-şərqini nəzarətdə saxlayan yerli kürdlər arasında münaqişənin eskalasiyası təhlükəsi yaranıb.
• Suriyadakı kürdlər Türkiyəyə niyə mane olur?
Ermənistan XİN humanitar böhran haqda xəbərdarlıq edir
Xarici siyasət qurumunun bəyanatında deyilir:
“Müdaxilə regional təhlükəsizliyin daha da pisləşməsinə, dinc əhali arasında itkilərə, bööyük qaçqın axınına və ən nəhayətdə yeni humanitar böhrana gətirib çıxaracaq”.
Ermənistan XİN-in bəyanatına əsasən, bu hərbi müdaxilə milli kimlik əsasında insan haqlarının kobud və kütləvi pozulması təhlükəsini yaradır.
“Ermənistan bu hərbi müdaxiləyə son qoyulması, kütləvi vəhşiliklərin qarşısının alınması və Türkiyə ilə sərhəd ərazidə yaşayan Suriya əhalisinin müdafiəsi üçün beynəlxalq əməli səy göstərməyə çağırır”.
Bundan başqa, bəyanatda deyilir ki, Yerevan qardaş Suriya xalqına humanitar yardımı davam etdirir.
Ermənistanın humanitar yardımı haqda
Yerevan müharibənin ən başından Dəməşqə sülhməramlı yardım göstərir. Yardım hərbi əməliyyatlar nəticəsində ziyan görən əhali üçün nəzərdə tutulub.
Ermənistan tərəfi dəfələrlə vurğulayıb ki, Suriyada yalnız dinc məqsədlər güdür və sırf humanitar fəaliyyətlə kifayətlənir.
“Yardım yalnız hərbi əməliyyatlar aparılan zonadan kənarda göstəriləcək. Ermənistanlı mütəxəssislər minadan təmizləmə, əhalinin mina əleyhinə maarifləndirilməsi, o cümlədən də Hələbdə tibbi yardımın göstərilməsi kimi humanitar fəaliyyətlə məşğul olacaqlar”, – Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan bildirib .
Ermənistanın baş naziri Nikol Paşinyan da bəyan edib ki , ermənistanlı mütəxəssislər hərbi əməliyyatlara cəlb olunmayacaqlar:
“Bu, yalnızca humanitar proqramdır və heç bir hərbi anlam daşımır. Biz bu proqramı Ermənistanın büdcə imkanları çərçivəsində həyata keçirmək niyyətindəyik. Humanitar proqramın reallaşdırılması üçün bütün xərclər 2019-cu ilin büdcə layihəsində nəzərdə tutulub”.
2019-cu ilin fevralında Suriyada hərbi əməliyyatlar fazası başa çatandan sonra Ermənistan ora humanitar missiya göndərib. Bu, istehkamçılardan və həkimlərdən ibarət ümumilikdə 83 nəfərlik qrupdur.
• Pankisi dərəsində gərginlik – Suriyadakı müharibənin əks-sədası Gürcüstana çatıb
Ermənistan Hələbdə humanitar missiyanı davam etdirəcək
Ermənistanın Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsini qınadığı haqda oktyabrın 10-da Ermənistanın baş naziri də bildirib:
“Biz bu vəziyyətdən narahatıq, çünki bizim dəyərləndirmələrimizə görə, bu cür əməllər Suriyada humanitar böhranı daha da dərinləşdirəcək”.
Nikol Paşinyan hesab edir ki, beynəlxalq ictimaiyyət Türkiyənin qeyri-qanuni müdaxiləsinin qarşısını almaq və Türkiyə sərhədi boyunca yaşayan Suriya vətəndaşlarını, o cümlədən də milli azlıqları müdafiə etmək üçün addımlar atmalıdır.
“Bu kontekstdə qeyd etmək istəyirəm ki, Ermənistan Hələbdə (Suriya) humanitar missiya həyata keçirir, bunu uğurla edir və biz bu işi davam etdirəcəyik”, – Paşinyan vurğulayıb.
Humanitar missiyanın davam etdiriləcəyini Humanitar Minadan Təmizləmə və Ekspertiza Mərkəzinin ictimaiyyətlə əlaqə üzrə məsul şəxsi Nazeli Elbakyan da təsdiqləyib:
“İndicə Suriyadakı humanitar missiyanın rəhbəri ilə danışdım. Missiya adi rejimdə fəaliyyətini davam etdirir… Missiya başqa göstərişlər almayıb. Ermənistan həkimləri və istehkamçıları Hələbdə gündəlik işlərini davam etdirirlər”.
Ermənistan hökuməti hansı addımları atır?
Ermənistan hökumətinin qəbul etdiyi qərara əsasən, Suriya, Livan və İraq vətəndaşları öz ölkələrində Ermənistan vətəndaşlığını ala biləcəklər.
Ermənistan xarici işlər nazirinin müavini Avet Adonts aydınlıq gətirib ki, hələ 2012-ci ildə hökumət bu cür qərar qəbul edib, Suriya, Livan və İraq vətəndaşları Ermənistanın bu ölkələrdəki səfirlik və konsulluqlarında Ermənistan vətəndaşlığı və pasportu ala bilər. Amma o zaman 2018-ci il dekabrın 31-ə qədər vaxt məhdudiyyəti vardı.
“Daxili vəziyyəti və bu ölkələrdəki gərginliyi nəzərə alaraq bu qərarın uzadılması lazımdır ki, bu ölkələrin vətəndaşları 2019-cu il dekabrın 31-ə qədər öz ölkələrindəki səfirlik və konsulluqlarda artıq ilk Ermənistan pasportlarını ala bilsinlər”, – Adonts qeyd edib.
Türkiyənin Suriyaya müdaxiləsinin nəticələri
Oktyabrın 10-da Suriyanın Sana agentliyinin məlumatına əsasən, hücum nəticəsində müxtəlif şəhərlərdə 8 dinc vətəndaş həlak olub, 20 nəfər yaralanıb.
Həmçinin bildirilir ki, ölənlər arasında bir neçə uşaq və qadın da var.
Türkiyə qoşunlarının atəşə tutduğu ərazilərdə yaşayan ermənilər haqda məlumat da yayılıb.
İnformasiyanı parlamentin təhsil, elm, mədəniyyət, gənclər və idman komissiyasının rəhbəri Mxitar Hayrapetyan Facebook səhifəsində yayıb .
Ermənistanın Suriyadakı baş konsulu Armen Sarkisyana istinadən Mxitaryan bildirib ki, Suriyadakı Ermənistan nümayəndəliyi həmvətənlərinin təcili evakuasiyasını təşkil etməyə hazırdır.
“On altıya yaxın erməni ailəsi Suriyanın şimalında Tel Abyad şəhərində Türkiyə qoşunlarının atəşi altında qalıb… Bundan başqa, çox sayda erməninin yaşadığı Qamışlı şəhəri də atəşə tutulub”, – Mxitaryan yazıb.
Daha sonra məlum olub ki, 16 ailədən 13-ü artıq Tel Abyad şəhərindən çıxıb, Kamışlı şəhərində yaşayan ermənilər isə (400-dən çox ailə) hələlik öz evlərini tərk etməyə razılaşmayıblar.