“Gənclərimizi işlə təmin edin ki, Suriyanı ağıllarndan çıxarsınlar”" />

Suriya çıxış yolu kimi

“Gənclərimizi işlə təmin edin ki, Suriyanı ağıllarndan çıxarsınlar”

“Tarxan qəhrəmanımızdır

Cokolo kəndinin “birjasında on nəfərə yaxın gənc toplaşıb. Suriyadan ölüm xəbərləri bir neçə günlük fasilə ilə gələn iki Pankisi döyüşçüsü haqda danışırlar. 

 “Qəhrəmancasına həlak oldular,

“Allah yolunda döyüşüblər,

“İndi şəhiddirlər, – onlar deyir.

Həlak olanlardan biri Abu Umar Əl-Şişaninin əsl adı Tarxan Batiraşvilidir. Kürən saçlı bu pankisili oğlan 2012-ci ildə “İslam dövlətinə qoşulub, üç il keçməyib ki, sıravi əsgərdən sahə komandirinə və “İslam dövlətinin müdafiə nazirinə qədər yüksəlib. 2014-cü ildə Batiraşvili ABŞ-ın terrorçular siyahısına daxil edilib. Onun harada olması ilə bağlı məlumat verənə 5 milyon dollar həcmində mükafat da elan edilmişdi. Bu, Birkiani kəndindən olan oğlan üçün heç də adi karyera yüksəlişi deyil, Pankisidə onunla fəxr edirlər.

KİV-də Əl-Şişaninin ölümü haqqında doqquz dəfə yalan məlumat yayılıb. Ancaq iyulun 13-də yayılan sayca onuncu ölüm xəbəri doğru məlumat oldu. Deyirlər ki, Əl-Şişaninin ölümü haqqında məlumatı onun ailəsinə şəxsən “İslam dövlətinin liderlərindən biri çatdırıb.

“O, sakit, utancaq oğlar idi, – Batiraşvili ailəsinə başsağlığı verməyə gedən qonşu qadın deyir.

Pankisidə mərd sahə komandiri Əl-Şişaninin adı onsuz da dillərdə əzbər idi, son günlərdə isə onun haqqında xüsusi fəxrlə danışırlar. Dərədə yaşayan gənclərin böyük əksəriyyəti üçün Tarxan qəhrəmandır.

“Bu oğlan bizimlə böyüyüb, sonra da gedib, dünyanı lərzəyə saldı, – onlardan biri deyir.

Dərədə mətbuatın Əl-Şişani haqqında yazdıqlarına inanmırlar, bütün qalan cinayətlərdən başqa, onu həm də kütləvi qətllərin təşkilində ittiham edirlər. 

“Tarxan 10 xristianın həyatını xilas etdi, buna görə də onu şəriət məhkəməsinə çağırdılar, amma orada da özünə bəraət qazandıra bildi, – Cokolodakı “birjada danışırlar. Dərədə Batiraşvilinin qəhrəmanlığı haqqında əfsanələr gəzir.

 Pankisi – paralel dünya 

 Pankisi Tbilisidən 150 kilometr aralıda yerləşir, buna baxmayaraq, dərədən paytaxta qədər olan məsafənin xeyli daha böyük olduğunu ilk baxışdan da görmək mümkündür.

Dərədə 15 min sakin yaşayır. Ən böyük kəndlər Alazani sahilində yerləşən Duisi, Cokolo və Birkiani kəndləridir. Qışda da, yayda da buradan başı qarlı Qafqaz dağları görünür. Buradan təxminən 30 kilometr sonra Çeçenistan başlayır. Bu yerlərin hazırkı sahiblərinin əcdadları XIX əsrdə məhz Çeçenistandan Pankisiyə köçüb. Gürcüstanda onları kistinli adlandırırlar. 2016-cı ildəki  siyahıya almaya əsasən, dərədə 5700 kistinli yaşayır. 

 

Pankisi kistinliləri Gürcüstanda ən yaxşı inteqrasiya olunan milli azlıqlardan biridir. Onların demək olar ki, hamısı doğma çeçen dili ilə yanaşı gürcü dilini də bilir. Əsrin əvvəlində onlar daha çoxuydular – Pankisi dərəsində Çeçenistandakı müharibədən yüzlərlə çeçen döyüşçüsü xilas oldu. Məhz onda da Pankisi ilk dəfə “təhlükəli zona elan edildi. Sonrakı illər ərzində o, bu reputasiyadan qurtula bilmədi. Gürcüstanın heç bir başqa regionu haqqında beynəlxalq mətbuatda Pankisi dərəsi qədər danışılmır. 1990-cı illərin axırları, 2000-ci illərin əvvəllərində nəzarətsiz qalan dərə kriminal mərkəzə çevrildi, burada insanlar oğurlanır, narkomafiya fəaliyyət göstərir, ağır cinayətlər törədilirdi. Buna Pankisi dərəsinin terrorçuların sığınacağına çevrilməsi və burada təlim bazalarının yaradılması ilə bağlı Rusiyanın daimi ittihamları da əlavə olunurdu. 2005-ci ildən vəziyyət qısa müddətlik də olsa düzəldi. Suriyada münaqişənin başlanması və “İslam dövlətinin yaranması ilə Pankisi yeni təhlükəyə çevrildi.

Elə hallar olur ki, dünyanın müxtəlif nöqtələrində törədilən terror aktları ilə bağlı sualların cavabını bu kiçik dərədə axtarırlar. Misal üçün, iyunun 29-da İstanbulda törədilən terror aktının təşkilatçılarından biri kimi Rusiyada axtarışda olan, Pankisidə gizlənən və Gürcüstan hakimiyyətinin 2012-ci ildə həyata keçirdiyi xüsusi əməliyyat zamanı Lopota dərəsində saxlanılan çeçen döyüşçüsü Əhməd Çatayevin adı çəkilirdi.  

Bir qədər sonra Çatayev amnistiyaya düşür və Gürcüstandakı həbsxanadan azadlığa buraxılır. Bununla da “Pankisi dərəsi, terrorizm, “İslam dövləti sözləri yenidən beynəlxalq mətbuatda bir yerdə işlədilməyə başlayr.

Rəqəmlər daha çox şey deyir. Müxtəlif məlumatlara görə, bu gün “İslam dövlətinin sralarında Pankisi dərəsindən 40-50 gənc döyüşür. Onlardan dördü səhra komandiridir. 

 İslamçı on birinci sinif şagirdi 

2015-ci il aprelin 2-si səhər 11-ci sinif şagirdi Ramzan Baqakaşvili və onun 10-cu sinifdə oxuyan həmkəndlisi Müslüm Kuştanaşvili məktəbə gedib, evə qayıtmadılar.   

Bir neçə gün sonra onların şəkli sosial şəbəkələrdə yayıldı. 18 və 16 yaşlı pankisili yeniyetmələr əyinlərində hərbi forma və əllərində avtomatla “İslam dövlətinin qara bayrağı fonunda şəkil çəkdiriblər.

Ramzanın anası Tina Alxanaşvili ilə müsahibəni biz bir neçə ay bundan əvvəl almışıq.

Ramzanın evinə girən kimi ailənin ehtiyac içində yaşadığını anlayırsan.

İlk gözə dəyən həyətin bir neçə yerində yazılan “R+ yazısıdır. İkinci hərf səliqə ilə silinib. Tina Alxanaşvilinin dediyinə görə, oğlu özü bu yazıları yazıb, elə özü də kimsə bilməsin deyə, sevgilisinin adının baş hərfini silib. 

Tina Alxanaşvili oğlu qayıtmayana qədər evdə heç nəyi dəyişmir. Ramzanın olmadığı günlərdə evdəki yeganə dəyişiklik yaxınlarının bağışladığı televizordur.

Tina Alxanaşvili ilə müsahibə tez-tez kəsilir – vaxtaşrı qadını qəhər boğur və danışmağa çətinlik çəkir. Xüsusən də Ramzanın uşaqlığı yadına düşəndə.

“Çox istiqanlı və mehribanıydı. O gün məktəbə yola saldım, axşam da dostu çantasını gətirdi. Oğlumun harada olduğunu xəbər alanda isə dedi ki, bilmirəm.

Yerli gənclərin artıq çoxdandır ki, Suriyaya getməsinə baxmayaraq, Ramzan və Müslümün məsələsi fərqlidir.

Yeniyetmələrin getməsi ilə (özü də təyyarə ilə) aydın oldu ki, bu prosesin arxasında nüfuzlu və varlı adamlar durur; Gürcüstanın sərhədləri isə zəif qorunur. Tina Alxanaşvili deyir ki, Ramzan xüsusi dindarlığı ilə seçilmirdi. O əmindir ki, oğlunun “başını kimsə tovlayıb.

“Deyirlər ki, axır vaxtlar o Cokolodakı məscidə gedirmiş. Heç kimin adını çəkmək istəmirəm, amma hamı ora işarə edir, – o deyir.

 Baş “verbovşik  

Tina Alxanaşvilinin adını çəkmədiyi adam Ayup Borçaşvilidir. 

Cokolo məscidinin keçmiş imamı olan bu şəxs bu gün terror təşkilatı ilə əlaqədə suçlanır. Birinci instansiya məhkəməsi onu terrorizmə kömək etməkdə günahkar bilərək, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası verir. Hazırda onun işini Apelyasiya məhkəməsi araşdırır.

Prokurorluq tərəfindən irəli sürülən ittihama görə, Pankisi dərəsində “İslam dövlətinin nümayəndəsi və əsas “verbovşiki məhz odur, Suriyaya yetkinlik yaşına çatmayan məktəbliləri də o göndərir. Şəxsi söhbətlər zamanı Cokolo məscidində ənənəvidən fərqli olan radikal islamın təbliğ edildiyini gizlətmirlər. Bu məscidi “vəhhabi məscidi adlandırırlar.  

Duisi və Cokoloda iki fərqli məscid fəaliyyət göstərir, hər iki kənddə sələfi və sufi nəzəriyyələrinin davamçıları ibadət üçün fərqli məscidlərə gedir. Qızılı saqqallı yaşlı Omar Aldamov artıq beşinci ildir ki, Duisi məscidinin imamıdır. O deyir ki, həmişə gəncləri “qarmağa keçməməyə və Suriyaya getməməyə çağırır. O hesab edir ki, çıxış yollarından biri islamın düzgün öyrənilməsidir: 

“İslam öldürməyə çağırmır. Heç yerdə yazılmayıb – get kimisə öldür. Özü də harada? Suriyada… Vətəni qorumaq borcumuzdur, həm də dini borcumuzdur, bəs Suriyada nə işiniz var?

  İdman zalının intizarında 

Rəqəmlərə baxsaq, təxmin etmək olar ki, “İslam dövlətinin Pankisidəki “verbovşikləri gözəl karyera qura biliblər. Amma bu, ancaq onların tərəfdar toplamaq bacarığı ilə bağlı deyil. Onların dərədə əla müttəfiqləri var, bunlar da hər addım başı rast gəlinən yoxsulluq, işsizlik, ümidsizlikdir.

Pankisinin ağsaqalları həyəcan təbili çalaraq, dövlətdən konkret ölçülər götürməyi tələb edirlər: “Biz Ağsaqallar Birliyinin nümayəndələri gənclərlə görüşərək başa salırıq ki, bu bizim müharibəmiz deyil, amma bu kifayət etmir. Onlar perspektiv görməlidirlər. Suriyanı gənclərimizin beynindən çıxarmaq üçün onları işlə təmin edin, – Pankisi Ağsaqallar Birliyinin nümayəndəsi Zaur Qumaşvili deyir. Aydındır ki, Pankisinin yaşlı nəsli dərənin bu “populyarlığından və pis reputasiyasından artıq bezib. 

Dərədə nə iş, nə də əyləncə var.

“Kafe lövhəsi qalan dağılmış binanın yanında inəklər otlayır.

Dərədə cəmi bir dənə idman zalı fəaliyyət göstərir.

Əvvəllər burada bazar vardı. İndi döyüşçülər təlimkeçir.

Gənclər deyirlər ki, dərədə onların daha çox idman zalına ehtiyacları var.

“Hakimiyyət nümayəndələri ilə keçirilən bütün görüşlər zamanı biz idman zalı ilə bağlı məsələni qaldırırıq. İllər keçib, amma yenə də yeni zalın açılmasına nail ola bilməmişik, –  Cokolo kəndindən olan Ruben Borçaşvili deyir.

Yeganə əyləncə olan internetdən pankisililər dünyanın başqa yerləri ilə əlaqə saxlamaq üçün istifadə edirlər.

Pankisidə populyar olan Whatsapp vasitəsilə digər məlumatlarla bərabər islam saytlarının səhra komandirlərinin çağırışlarını səsləndirən və ya döyüş kadrlarını nümayiş edən video-çəkilişləri yayılır.

Bir neçə gənc oğlandan 5 və ya 10 ildən sonra öz gələcəklərini harada və necə gördüklərini xəbər aldıq. Əksəriyyətin bu suala cavabı yoxdur. Bir çoxu iş arxasınca Çeçenistana gedəcəyini söylədi; bəziləri Avropada işləməyi arzulayır.

“Məktəbdə oxuyanda, heç nəyin qayğısını çəkmirsən, bəs məktəbi bitirəndən sonra neyləyəsən? Ya başqa ölkəyə getməlisən, ya da çoban olmalısan. Ən asanı da Suriyaya getməkdir. Hamı buradan getməyə can atır, – A. Borçaşvili danışır. 

Tina Alxanaşvili 11-ci sinif şagirdi olan oğlunun Suriyada nə axtardığını və onunla doğma evində yaşamaq əvəzinə niyə qürbətdə qalmağı üstün tutduğunu bilmir. İndi o uzaqdadır, anası isə onsuz həyata alışmağa çalışır:

“Onunla az-az əlaqə saxlaya bilirəm, məşğul olduğunu deyir. Hərdən Whatsapp-la əlaqə saxlayıram. Axırıncı dəfə yazdı ki, hər şey yaxşıdır, yazdı ki, narahat olmayım, müharibə getdiyi yerdə deyil,işləyir… Görünür, məni sakitləşdirməyə çalşır.

05


More on JAMnews