Daha ətraflı JAMnews-da
Gürcüstanda "sabotaj işi" üzrə məhkəmə prosesində ABŞ, USAID və Mərkəzi Kəşfiyyat İdarəsi "düşmən qüvvələr" adlandırılıb
Ermənistanda Aİ-nin yeni missiyası seçkilərdən sonrakı risklərin aradan qaldırılmasına dəstək verəcək
Hər şey olduğu kimi qalarsa, Abxaziyanın qaytarılması Rusiya ilə baha başa gələn razılaşma tələb edəcək. Tbilisidən baxış
“Maqelana Mağarası” Vayotsdzor vilayətində yerləşir. Onun dərinliyi 1.7 km-dir. Mağara bioloji müxtəlifliyi ilə məşhurdur. Burada Ermənistanın Qırmızı Kitabına daxil edilmiş heyvanlar, həmçinin “Təbiətin Qorunması və Təbii Resurslar Beynəlxalq Birliyinin” Qırmızı siyahısına daxil edilmiş yarasa növləri yaşayır.
“Quş Mağarası” şərabları ilə məşhur olan Areni rayonunda yerləşir. Onun sahəsi 400-600 kv.m təşkil edir. Qədim zamanlarda bu mağara yaşayış məskəni olub, burada tapılan eneolitin sonlarına, yəni mis dövrünə, e.ə. 5-4-cü minilliklərə aid mədəniyyət qalıqları buna şahidlik edir. Mağaranın zallarından birində e.ə. 4-cü minilliyə aid edilən şərab istehsalı kompleksi mövcuddur. Bu kompleks bütün dünyada indiyə qədər tapılan analoqlarının ən qədimidir. 6 min yaşı olan dəri ayaqqabını da arxeoloqlar burada tapıblar.
“Ayı Mağarası” Ermənistanın ən böyük mağarasıdır, dərinliyi 3,5 km-dir. Burada Ermənistanın Qırmızı Kitabına daxil edilmiş “Rhinolophus Euryale” quşları yaşayır.
“Mozrov Mağarası” da Vayotsdzor vilayətində yerləşir. Bu mağara hidrotermal mənşəyə malikdir. Mağaranın divarları və qübbələri kalsit kristalları layı ilə örtülüb. Burada “Rhinolophus ferrumequinum” və “Myotis mystacinus” quşları yuva salır.