Ermənistanın Milli Arxivi Gürcüstandan sənəd alır
Bütün xarici arxivlərdə erməni sənədləri “acınacaqlı vəziyyətdə” saxlanılır. Məsələn, Gürcüstanda Ermənistana aid çox sayda arxiv sənədi qalmaqdadır. Ermənistanın Milli Arxivi gürcü həmkarları ilə əməkdaşlıq edir və bu sənədlərin Ermənistana aparılması üzərində işləyir, amma problem ondadır ki, sənədləri satın almaq lazımdır. Bu haqda Ermənistan Milli Arxivinin direktoru AmatuniVirabyan məluma verib.
Tbilisidə saxlanılan sənədlər Ermənistan tarixinin yeni və ən yeni mərhələsini, o cümlədən, Birinci Ermənistan Respublikası dövrünü və digər vacib hadisələri əks elətdirir.
“Gürcüstan Arxivi ilə biz çox yaxşı işləyirik, yüksək səviyyədə əməkdaşlıq edirik. Gürcüstan sadəcə aşağıdakı prinsip üzrə işləyir – sənədlər satılır. Bizə də satırlar, biz pul ödəyib surətlərini alırıq. Bir səhifəni 4 lariyə satırlar. Belə çıxır ki, biz 30 səhifə üçün 75 lari (30 dollar) ödəməliyik”, – arxiv direktoru izah edib.