Ermənistanın hazırkı və gələcək rəhbərliyi arasında ziddiyyət yoxdur
Ermənistan prezidenti Serj Sarqsyan baş nazir Karen Karapetyanla münasibətlərinin gərgin olması haqda Ermənistan mediasının yaydığı xəbərləri yalanlayır.
“Guya ziddiyyətlərin, münaqişənin mövcud olduğu haqda zaman-zaman dərc olunan xəbərlər uydurmadır”, – prezident bildirib və qeyd edib ki, onlar “bu ssenarinin müəlliflərinin km olduğunu və nə istədiklərini” bilirlər.
Ermənistan mətbuatı artıq uzun müddətdir ki, 2018-ci ildən sonra Karen Karapetyanın baş nazir vəzifəsini tərk edəcəyini və prezidentlik müddəti bitəndən sonra Serj Sarqsyanın onu əvəz edəcəyini yazır.
Yeni Konstitusiyaya əsasən baş nazir vəzifəsi ən yüksək mandata – rəhbərlik səlahiyyətinə sahib olacaq.
Amma Serj Sarqsyan bu gün brifinqdə jurnalistlərə bildirib ki, Ermənistanın baş naziri Karen Karapetyanın istefaya getmək üçün heç bir səbəbi yoxdur. O qeyd edib ki, Ermənistanda da, onu rəhbərlik etdiyi Ermənistanın Respublikaçılar Partiyasında da sağlam iş abu-havası hökm sürür.