Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir
Ermənistan MSK-sı səslərin hesablanmasını başa çatdırıb. Ermənistan parlamentinə üç siyasi qüvvə keçib.
Nəticələr
Bütün bülletenlər hesablanandan sonra Ermənistanın baş naziri vəzifələrini icra edən Paşinyanın “Mənim addımım” bloku əminli qələbə çalıb. O, 70,44 faiz səs toplayıb.
İkinci yerdə 8,27% nəticə ilə oliqarx Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası qərarlaşıb.
“İşıqlı Ermənistan” partiyası 5 faizlik keçid baryerini aşıb (təxminən 6,37%). Keçmiş hakim “Ermənistanın Respublika Partiyası” həmin nəticəyə yaxın olsa da (4,70%), keçid baryerini aşa bilməyib.
“Daşnaksütun” Erməni İnqilabi Federasiyası heç də pis nəticə verməyib (3,89%).
Seçkilərin yerdə qalan iştirakçıları iki faizdən az toplayıb.
• İnqilabdan sonrakı Ermənistan dekabrın 9-da yeni parlamentini seçməyə hazırlaşır
• Məhkəmə Ermənistanın eks-prezidenti Robert Koçaryanın həbsi ilə bağlı qərar qəbul edi
• Ermənistan “məxməri” inqilabının liderinin xanımı ilə müsahibə
Parlamentdə səslər necə bölünəcək?
50 faiz səs toplayan siyasi qüvvə deputat mandatlarının 54 faizi ilə parlamentdə çoxluğu formalaşdıra biləcək.
Ermənistanın Milli Məclisində deputatların minimal sayı 101-dir, ötən çağırış parlamentdə isə onların sayı 105 nəfər idi.
Qanunvericiliyə əsasən, birinci yeri tutan partiya 70 faizdən çox səs toplayarsa, yenə də deputat mandatlarının 2/3-dən artığını əldə etməyəcək. Qalan 30 faiz keçid baryerini aşan digər qüvvələr arasında bölüşəcək. Qanuna görə, üçüncü yeri tutan qüvvə hətta keçid baryerini aşa bilməsə də parlamentə keçəcək.
Partiyalar üçün 5 faizlik, bloklar üüçün isə 7 faizlik keçid baryeri nəzərdə tutulub.
Seçki iştirakçıları
Parlament seçkilərində iki blok
- “Mənim addımım”
- “Biz”
və 9 partiya iştirak edir:
- Ermənistan Respublika Partiyası
- Çiçəklənən Ermənistan Partiyası
- Milli Tərəqqi Partiyası
- Xristian-Xalq Dirçəlişi Pariyası
- “Sasna tsrer” Partiyası
- “Orinats yerkir” Partiyası
- “Daşnaksütun” EİF
- Maariflənmiş Ermənistan Partiyası
- “Vətəndaş Qərarı” Sosial-Demokrat Partiyası
Jurnalistlər və müşahidəçilər
Növbədənkənar parlament seçkilərini 70 yerli və 32 əcnəbi jurnalist işıqlandırır.
Seçkilərin gedişatatını 8 beynəlxalq və 22 yerli müşahidəçi təşkilat izləyir. Ermənistana Müstəqil Dövlətlər Birliyindən, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından, Avropa Şurası Parlament Assambleyasından və Avropa İttifaqından müşahidə missiyaları gəlib.
Favoritlər
Azsaylı sosial sorğular və ekspertlərin tədqiqatları göstərir ki, seçkilərin açıq-aydın favoriti Ermənistan baş nazirinin səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyanln blokudur.
Müxtəlif proqnozlara görə, Ermənistanda baş verən “məxməri” inqilabın liderinin komandası 60 faizdən 85 faizə qədər səs toplaya bilər. Ekspertlərin fikrincə, ikinci yer uğrunda mübarizə Çiçəklənən Ermənistan və Maariflənmiş Ermənistan partiyaları arasında gedəcək.
Seçkilərdə yazda baş verən inqilaba qədər iqtidarda olan Ermənistanın Respublika Partiyası da işturak edir. Bu partiyanın seçkilərdə hansı nəticəyə nail olacağını proqnozlaşdırmaq çətindir. Seçkiqabağı kampaniya zamanı “respublikaçılar” öz seçiciləri ilə kütləvi görüşlər keçirməyiblər. Onlar jurnalistlərlə görüşlərlə, televiziya debatlarında iştirakla və seçkiqabağı video-çarxlar yaymaqla kifayətləniblər.