Növbədənkənar parlament seçkisi ərəfəsində Ermənistanın seçki islahatları haqda nə bilmək lazımdır?
Müstəqil Ermənistanın tarixində 2018-ci ildə ilk dəfə inqilab nəticəsində hakimiyyət dəyişikliyi baş tutdu. Uzunmüddətli kütləvi etiraz aksiyalarına müxalif deputat Nikol Paşinyan rəhbərlik edirdi. Və mayın 8-də parlament “məxməri inqilab” liderini baş nazir seçdi.
JAMnews inqilabçı baş nazirin ilk addımlarını təhlil edən məqalələr silsiləsini təqdim edir. Bu məqalədə Ermənistanda seçki məcəlləsi islahatının bütün təfərrüatları əks olunub.
- Ermənistanın yeni hökumətinə kimlər daxil olub və bu siyasətçilərdən nə gözləmək olar? – JAMnews-un “Ermənistanda inqilab – 2018: ilk addımlar”
- Ermənistanın yeni hökumti kimi və niyə məhkəmə qarşısına çıxarıb – korrupsiya ilə mübarizə haqda hər şey. – JAMnews-un “Ermənistanda inqilab – 2018: ilk addımlar”
E
rmənistanda 2018-ci ilin aprelindən baş verən inqilabi prosesləri yalnız növbədənkənar parlament seçkiləri keçirəndən sonra başa çatdırılmış saymaq olacaq.
Parlament Ermənistanda xüsusi rol oynayır, çünki 2017-ci ildə ölkə tam şəkildə yarı-prezident idarə üsulundan parlament idarəçiliyinə keçib. İndi “məxməri inqilabdan” sonra məlum olub ki, Ermənistanın hakim partiyası rolunda bu yaxınlara qədər müxalifəti təmsil edən azsaylı deputat fraksiyası çıxış edir.
[pullquote align=”right”]Seçkilər əsaslı şəkildə dəyişdirilmiş Seçki Məcəlləsi ilə keçirilməlidir ki, seçkinin ədalətli və şəffaf olması təmin buedilsin [/pullquote]
Buna görə də, hökumətin yeni proqramında vacib müddəalardan biri kimi proqram qəbul olunandan uzağı bir il sonra növbədənkənar seçkilərin keçirilməsi elan edilib.
2018-ci ilin iyun ayının 7-də Ermənistan parlamentinin deputatları səs çoxluğu ilə (62 “lehinə”, 39 “əleyhinə”) hökumət proqramını dəstəkləyiblər – və cəmi bir həftə sonra “inqilabçı” baş nazir Nikol Paşinyan seçki qanunvericiliyinin islahatı üzrə komissiya yaratdı.
Komissiyanın bu ana qədər əsas təklifləri arasında yer alanlar:
- Səsvermənin reytinq sisteminin ləğv edilməsi və bunun əvəzində 100 faiz proporsional – Paşinyanın sözlərinə görə, “hamıya aydın olan və sadə” sistemin tətbiqi;
- Partiyalar üçün keçid həddinin 5 faizdən 4 faizə endirilməsi, bloklar üçün – 7 faizdən 6 faizə endirilməsi;
- Seçki kabinalarında avtoqələmlərdən imtina və sensor qurğusundan istifadə edilməsi – həmin qurğuda barmağın toxunuşu ilə partiyanın, daha sonra namizədin adı açılır, bülleten avtomatik çap olunur və seçki qutusuna düşür, həmçinin təkrar səsvermənin qarşısını almaq məqsədilə səs vermiş şəxslərin barmaqlarının rəngsiz mürəkkəblə rənglənməsi.
Bütün təfərrüatları və arqumentləri nəql edirik.
Əvvəlki təcrübə
Ermənistanın seçki kodeksi bu yaxınlarda dəyişib, 2016-cı ildə, ümumxalq referendumunda vətəndaşlar siyasi quruluşun parlament sisteminə keçirilməsinə səs veriblər.
Onda islhat üzərində «4+4+4» formatında işləmişdilər – hakimiyyyətdən, mmüxalifətdən, vətəndaş cəmiyyətindən 4 nümayəndə olmaqla. Müxalifətin təkliflərini isə iqtidar bəzən hissə-hissə bəzən də tam olaraq ağıllı və yerində olan təkliflər kimi qəbul edib.
Avropalı ekspertlər bu dəyişikliklər layihısini ümumən təqdir etmiş, amma öz təkliflərini də vermişdilər.
İlk növbədə söhbət seçki siyahılarının dərcindən gedirdi. Venetsiya komissiyası hesab edirdi ki, bu insanların şəxsi məlumatlarının məxfiliyinin qorunmasıyla bağlı onların hüquqlarını pozur və bu məsələyə yenidən baxılmalıdır.
Amma müxalifət siyahının açıq olmasını tələb etdiyindən o vaxtkı iqtidar da siyasi konsensus naminə Venetsiya komissiyası ilə razilaşmadı. Nəticədə seçici siyahısı səsvermədən sonra əlçatan oldu.
Parlament seçkiləri də 2 aprel 1917-ci ildə bu islahat kodeksi əsasında keçirildi.
Erməmnistanda Seçki Məcəlləsi bu yaxınlarda – ümumxalq referendumunun nəticələrinə əsasən 2016-cı ildə dəyişib. Həmin referendum vətəndaşların ölkənin siyasi quruluşunun parlament sisteminə keçməsi arzusunu təsdiq etmişdi.
O zaman islahat üzərində “4+4+4” formatında işləyirdilər – hakimiyyətdən, müxalifətdən və vətəndaş cəmiyyətindən hərəsindən 4 təmsilçi olmaqla. Müxalifət öz tələblərini irəli sürdü, iqtidar isə yerli və məqsədəuyğun hesab etdiklərini tam, yaxud qismən yerinə yetirdi.
O zaman avropalı ekspertlər ümumilikdə layihəyə edilmiş dəyişiklikləri alqışlamışdılar, lakin öz arzularını da bildirmişdilər.
İlk növbədə, söhbət seçici siyahılarının dərc edilməsindən gedirdi. Venesiya Komissiyası hesab edirdi ki, bu, insanların şəxsi məlumatların gizliliyi hüququnu pozur və həmin maddənin yenidən baxılmasına çağırmışdı.
Lakin siyahıların açıqlığını müxalifət tələb edirdi və siyasi konsensus xatirinə o zamankı hakimiyyət Venesiya Komissiyası ilə razılaşmadı və imkan yaratdı ki, seçkilərdən sonra seçicilərin siyahıları geniş anlamda əlyetən oldu.
Parlament seçkiləri 2017-ci ilin aprel ayının 2-də bu islahatlara məruz qalmış məcəllə əsasında keçirildi.
Əsas yeniliklər barmaq izlərinin götürülməsi, bütün seçki prosessləinin video-çəkilişi və on-layn translasiyası idi.
İslahatatların yenidən müzakirəsi
2018-ci il iyunun 20-də baş nazir Nikol Paşinyan seçki qanunvericiliyində islhatlar barədə komissiya yaradılması üçün sənəd imzaladı.
Komissiyaya 12 nəfər daxildir. Onun sədri baş nazirin müavini Ararat Mirzəyan, katib isə “İnformasiyalı vətəndaşlar ittifaqı” ictimai təşkilatının koordinatoru Daniel İonnisyan təyin edildi.
Komissiya sədrinin üzərinə parlament və parlamentdənkənar siyaasi qüvvələrin iştirakı ilə müzakirələrin keçirmək məsuliyyəti qoyuldu.
Həmin gün parlamentdə də anoloji işçi qrup yaradıldı. Qrupa parlamentdəki fraksiyaların hərəsindən üç deputat daxil oldu.
Əsas fikir ayrılıqları
Komissiyanın əsas təkliflərindən biri seçkilərin 100 faiz proporsional sistemlə keçirilməsidir. Bu isə o deməkdir ki, seçici münasib bildiyi siyasi qrupa səs verməyə məcburdur.
Bu ideyaya qarşı “Daşnaksütun” və keçmiş hakim Respublika partiyası çıxış edir. Onların fikrincə, belə olan halda insanlar parlamentdə öz konkret namizədinin təmsil olunmasında iştirak edə bilmirlər. Bunun əvəzində partiya sədri müəyyən edir ki, onun deputatı kim olacaq.
“Daşnaksütun” açıq proporsional siyahının yaradılmasını zəruri hesab edir ki, burada seçici namizədlərin özünə uyğun ardıcıllığını təklif edə biləcək – parlamentə ilk növbədə kim keçməlidir.
Hökumət komissiyası hesab edir ki, səsvermənin bu üsulu onu çox mürəkkəb və uzun edəcək.
«Təsəvvür edirsinizmi, bu bülleten necə görünməlidir? Bu lavaş olacaq», – komissiyanın katibi Daniel İoannisyan bildirir.
“Yelk” və “Tsarukyan” fraksiyalarının mövqeyi ümumilikdə hökumətin mövqeyi ilə üst-üstə düşür. Onları narahat edən ancaq budur ki, regionlardan olan namizədlər parlamentə düşmək şanslarını itirəcəklər.
Keçmiş iqtidar Respublikaçılar Partiyası isə ümumiyyətlə hesab edir ki, dəyişikliklərə ehtiyac yoxdur və hər şey olduğu kimi qalmalıdır.
Ermənistanda seçki sistemi hazırda necədir?
Qüvvədə olan məcəlləyə əsasən, Ermənistan 13 seçki dairəsinə bölünüb və bunlaran dördü Yerevanda, doqquzu isə vilayətlərdə yerləşir.
Parlamentdə deputatların sayı 101-dən az olmamalıdır, daha dörd nəfər milli azlıqların nümayəndələri ola bilər.
Seçkilərdə iştirak edən hər bir partiya hər dairə üzrə iki siyahı təqdim edir – proporsional və reytinq. Bu o deməkdir ki, seçici yalnız konkret siyasi qüvvəni deyil, həm də konkret ərazi dairəsində partiyanın siyahısında olan konkret şəxsləri seçir.
Nəticədə belə alınır ki, deputatların yarısı parlamentə partiyaların proporsional siyahısı üzrə, digər yarısı isə reytinq siyahıları üzrə keçir.
Respublikaçılar Partiyası təkid edir ki, məhz bu sistem sayəsində regionların nümayəndələri deputat olmaq imkanı əldə edir və öz vilayətlərinin problemlərinin həllini parlamentdə lobbiləşdirə bilirlər. Adi proporsional sistemin tətbiqi halında isə regionların səsi parlamentə çatmaya bilər.
Hökumət komissiyası bu təklifin əleyhinədir. Daniel İoannisyan hazırda fəaliyyətdə olan parlamentdə yaranmış vəziyyəti xatırladır – reytinq siyahıları üzrə parlamentə, demək olar ki, bütünlüklə varlı məşhurlar və yerli avtoritetlər keçiblər.
«Adəti üzrə, majoritar sistem üzrə siyasətlə heç bir əlaqəsi olmayan şəxslər seçilirdi. İnsanlar həyətlərinin nüfuzlu şəxslərinə, rəislərə və onlara rüşvət verən, təzyiq göstərən şəxslərə səs verirdilər”.
Hələlik bu məsələ üzrə ortaq məxrəc tapılmayıb.
Keçid həddi
Hökumət komissiyası partiyalar üçün keçid həddini beş faizdın dörd faizə, bloklar üçün yeddi faizdən altı faizə endirməklə parlamentə keçidi asanlaşdırmağı təklif edir. Siyasətçilərin əksəriyyəti bu təklifi dəstəkləyib. Lakin ideyanın əleyhdarları da var:
«İstəyirsinizsə ki, partiyalar təşəkkül tapmasın, həddi istədiyiniz qədər aşağı salın, partiyaların parlamentə keçidini paba daxil olmaq imkanına qədər bərabırləşdirə bilərsiniz”, – “Daşnaksütün”ün təmsilçisi Spartak Seyranyan deyib.
Texniki həllər
Seçkilərə inamsızlığın səviyyəsi yüksək olduğu üçün xeyli texniki yeniliklər təklif edilir.
Əvvəlki iqtidarı təmsil edən Respublikaçılar Partiyası seçicilərin qeydiyyatının yalnız kütləvi şəkildə hamıya paylanmalı olan İD-kartlar üzrə texniki qurğunun köməyi ilə aparılmasını təklif edir.
Digər təklif – xüsusi qurğuların köməyi ilə səsvermədir. Bu sensor qurğusunda barmağın toxunuşu ilə partiyanın, daha sonra isə namizədin adı açılır, bülleten isə avtomatik olaraq çap olunaraq seçki qutusuna düşür.
Eyni zamanda, seçki prosesinin translyasiyası nəzərdə tutulur – hərçənd, bunun üçün kamera yoxdur: ötən seçkilərdə istifadə edilmiş 1200 ədəd kamera müxtəlif dövlət idarələrinə paylanıb.
Bütün bu təkliflər, məsrəfli olmalarına rəğmən, qəbul olunub.
Ötən seçkilərdə olduğu kimi, zəruri avadanlığın alınması üçün Avropa İttifaqı kömək vəd edib. Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin başçısı, səfir Petr Svitalski iyulun 16-da mətbuat konfransında deyib:
«Biz Aİ nümayəndələrinin vədlərini yerinə yetirməyə çox iddialıyıq”.
Seçki pozuntuları və satınalma
Seçki zamanı pozuntuların qarşısını almaq üçün “Tsarukyan” fraksiyası seçicilərin barmağının rənglənməsini təklif edir.
Daşnaklar xüsusi polis bölməsinin yaradılmasını, həmçinin seçkilər öncəsi xeyriyyə təşkilatlarının fəaliyyətinin dayandırılmasını və xeyriyyə təşkilatları ilə partiyaların və blokların adlarının üst-üstə düşməsinə yol verilməməsini təklif edir.
Hökumət sərbəst şəkildə səs vermək iqtidarında olmayan insanların problemini həll etməyi təklif edir.
Vətəndaş cəmiyyətinin nümayəndəsi Daniel İoannisyan bu məsələdən narahatdır:
«Milli Məclisə ötən seçkilərdə, rəsmi məlumatlara görə, 70,500 insana kömək lazım olub – və bunların əksəriyyəti nəzarət altında idi”.
Buna görə də, təklif daxil olub ki, sərbəst səs vermək iqtidarında olmayanlardan həkim arayışı tələb edilsin.
Bu təkliflərdən hələlik heç biri üzrə son qərar yoxdur.
Hərbçilərin səsverməsi
Hesab olunur ki, seçkilərdə ordu hakimiyyət üçün ciddi dayaqdır – guya hərbçilər bir adam kimi iqtidara səs verirlər.
Belə bir variant müzakirə olunur ki, rəhbər heyət, zabitlər seçki məntəqəsində olmasınlar və ya kabinalara 100 metrdən çox yaxınlaşmasınlar.
Koalisiyanın tərkibi
Qüvvədə olan Seçki Məcəlləsinə əsasən, parlamentdə üçdən çox qüvvə birləşə bilməz.
Hökumət komissiyası bu məhdudiyyətin aradan qaldırılmasını təklif edir. Respublikaçılar Partiyası etiraz etmir. Onun təmsilçisi David Harutyunyan izah edir:
«Təsəvvür edək ki, əksəriyyəti formalaşdıra bilmək üçün hər hansı partiya lazım olduğundan bir qədər az səs toplayıb, yerdə qalan səslər isə kiçik hissələrlə bir çox partiyanın arasında bölünüb və bunlar cəmiyyətdə nüfuz sahibi deyillər. Nəticədə, bunların hamısı böyük partiyaya qarşı birləşsələr, biz çoxluq əldə edirik. Lakin bunlardan birinin çıxması ilə sistem çökür”.
Nəticədə, məhdudiyyətin aradan qaldırılması təklifi rədd edildi.
Lakin “Daşnaksütün”ün heç bir qüvvənin Konstitusiyanı dəyişməyə yetərli olan səslərin 60 faizindən çoxunu əldə etməsinə imkan verilməməsi təklifi qəbul olundu.
Qadınların cəlb edilməsi
Qüvvədə olan normalara görə, proporsional siyahının hər dörd nəfərindən biri qadın olmalıdır. Hazırda parlamentdə qadınlar 18 faiz təşkil edir.
Qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai təşkilatlar 50/50 nisbətinin tətbiqini təklif edirlər, belə ki, qadınlar da inqilabda fəal iştirak etmişdilər.
Avropa Şurası qadınların təmsilçiliyinin 40 faiz həddində olmasının təmin edilməsinə çağırıb.
Müzakirələrin iştirakçıları qeyd edirlər ki, 100 ən demokratik ölkədə qadınların təmsilçiliyi orta hesabla 32 faiz təşkil edir.
Seçkiöncəsi televiziya debatları
“Yelk” bloku televiziya debatlarının təşkilinin icbari norma edilməsini və pulsuz efirin artırılmasını təklif edir.
Respublikaçılar debatların icbariliyinin əleyhinə çıxırlar – çox vaxt ciddi partiyaya qarşı debatlara nümayəndəsinin az olduğu, namizədinin isə o qədər də ciddi olmadığı partiya gəlir.
Qızğın müzakirələrdən sonra belə bir qərara gəlinib: əgər istənilən iki partiya debatın keçirilməsi barədə razılığa gələrsə, İctimai Televiziya onun yayımını təmin etməlidir.
Bir, yoxsa iki layihə?
İki müxtəlif qrup formalaşdırıldığından, aydın olmur ki, nə qədər layihə təqdim ediləcək – bir, yoxsa iki.
Hökumət komissiyasının katibi Daniel İoannisyan bəyan edib ki, onların layihəsi konsensus olmadan da qəbul oluna bilər. Həmin komissiyanın sədri, baş nazirin birinci müavini Ararat Mirzoyan birgə layihənin təqdim edilməsini vacib sayır ki, Avropa Şurasının Parlament Assambleyası da buna çağırır. İstənilən halda layihə sentyabrda hazır olacaq.
Keçirilmə vaxtı və seçkilərdə iştirak formatı
20 iyulda keçirilmiş mətbuat konfransında Paşinyan növbədənkənar seçkilərin keçirilməsinin təxmini vaxtını açıqlayıb:
«Seçkilərin keçiriləcəyi son müddət – gələn ilin may ayıdır».
Hələlik yalnız “Daşnaksütün” partiyası özünün seçkilərdə iştirak formatını elan edib. Daşnaklar seçkilərə müstəqil şəkildə gedəcəklər və heç bir bloka daxil olmayacaqlar.