Ermənistanda jurnalistin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı cinayət işi açılıb
Ermənistanda jurnalistin fəaliyyətinin məhdudlaşdırılması faktı ilə bağlı cinayət işi qaldırılıb. Bu harda Ermənistan KİV-i xəbər verir.
“Aykakan Jamanak” qəzetinin müxbiri Anna Zaxaryan mayın 12-də Yerevan Ağsaqqallar Şurası seçkilərindən iki gün əvvəl Respublikaçılar Partiyasının namizədi Toran Marqaryanın qərargahının yanında 20 min dram və namizədin adı işarələnmiş bülletenlər paylayan adamları görüb.
Sayt xəbər verir ki, jurnalist baş verənləri videoya çəkməyə başlayıb, amma yerli “avtoritetlər” zorla onun telefonunu əlindən alıb, oradakı bütün informasiyanı, o cümlədən də çəkilmiş son videonu siliblər. Anna Zaxaryanın telefonunu yalnız üzərindəki bütün barmaq izlərini salfetlə təmizləyəndən sonra geri qaytarıblar.
Faktla bağlı “KİV nümayəndəsinin vəzifə səlahiyyətlərinin məhdudlaşdırılması” və seçicilərə açıq-aşkar rüşvət verilməsi haqda cinayət işi qaldırılıb.
Daha sonra “Aykanak jamanak” xəbər verib ki, video jurnalistin telefonunda qalıb və bu videonu buradan izləmək mümkündür.