Ermənistanda iqtidar koalisiyasının formalaşdırılması haqda memorandum imzalanıb
Prezident Serj Sarqsyanın lideri olduğu Ermənistanın Respublikaçılar Partiyası və 125 yaşlı Erməni İnqilab Federasiyası “Daşnasütun” koalisiya yaratmaq haqda memorandum imzalayıblar. Bu o deməkdir ki, ERP və EİFD ölkə üzərində rəhbərlik məsuliyyətini birlikdə üzərlərinə götürürlər.
Koalisiyanın yaradılması sürpriz olmayıb, çünki hələ ötən il ERP və EİFD arasında siyasi əməkdaşlıq haqda memorandum imzalanmışdı, bunun da nəticəsində “Daşnaksütun” üç nazir və iki qubernator portfeli əldə etmişdi və mahiyyətcə artıq hakimiyyətin tərkibinə daxil olmuşdu. Hazırkı sənədlə hakimiyyətin bölüşdürülməsi qərarı Ermənistanda 2017-ci il aprelin 2-də baş tutan və Respublikaçılar Partiyasının səs çoxluğu qazanması ilə nəticələnən parlament seçkilərindən sonra artıq koalisiya əməkdaşlığı formasında təsdiqini tapıb.
Sənədi imzalayandan sonra ERP sədrinin müavini Armen Aşotyan bildirib ki, partiyaların koalisiya əməkdaşlığının əsas istiqamətləri sırasında korrupsiya ilə mübarizə, “Millət-ordu” konsepsiyasının tətbiqi, hüquq islahatları, iqtisadiyyatın rəqabətə davamlı səviyyəyə çatdırılması, insan haqları və azadlıqlarına dair problemlərlə məşğul olan institutlara dəstəyin davam etdirilməsi var.
EİFD-dan Aqvan Vardanyan qeyd edib ki, iki partiyanı dəyərlər sistemi birləşdirir, yaxşı və inadkar işləyəcəkləri təqdirdə keyfiyyətli dəyişikliklərə nail ola biləcəklər.
ERP və EİFD daha əvvəl koalision tərəfdaş idilər, amma 2009-cu ildə, Serj Sarqsyan prezident seçiləndən bir il sonra EİFD özünü müxalifət elan edərək, koalisiyanı tərk etdi.
Koalision tərəfdaşlar hazırda hökumət portfellərini məhz necə bölüşdürəcək, EİFD hökumətdəki üç yeri və iki qubernator postunu saxlayacaqmı, yoxsa daha çox vəzifə əldə edəcək – bütün bunları memorandumda qeyd etməyiblər.
Sənəddə ancaq o deyilir ki, baş nazir postuna namizəd irəli sürmək haqqı ERP-a aiddir, yeni Konstitusiyaya əsasən isə ölkə parlament idarə üsuluna keçdiyi üçün məhz bu vəzifə Ermənistanda mərkəzi hesab olunur.
Hələ seçkilərə qədər Serj Sarsyan bildirib ki, baş nazir postuna namizəd olaraq ERP-nın üzvü, hazırkı hökumət başçısı Karen Karapetyan təklif olunub. Karen Karapetyan özü isə bu günlərdə sonuncu müsahibəsində kabinetə rəhbərliyi davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Koalisiya formalaşdırmaq haqda sənəd yeni parlamentin səlahiyyət müddəti bitənə qədər, yəni beş il qüvvədə olacaq.