Ermənistanda daha iki nəfər koronavirusdan ölüb
Yerevanda “Nork” infeksion xəstəxanasında 55 yaşlı qadın və 73 yaşlı kişi koronavirusdan ölüb. Bu haqda gecə saatlarında səhiyyə naziri Arsen Torosyan məlumat verib. Beləliklə virusdan ölənlərin ümumi sayı üç nəfərə çatıb.
“Təəssüf edirəm, amma son bir saat ərzində “Nork” infeksion xəstəxanasında iki pasiyentin öldüyü qeydə alınıb. Bunlar 55 yaşlı qadın və 73 yaşlı kişidir, onlarda koronavirus digər xroniki xəstəliklərin müşayiətilə diaqnoz edilib. Həkimlər onların həyatını xilas etmək üçün əllərindən gələni ediblər, amma təəssüf ki, bu mümkün olmayıb…”, – Torosyan deyib.
Daha əvvəl 72 yaşlı ilk qadın pasiyent virusdan vəfat edib.
Martın 29-u səhər saatlarına olan məlumata əsasən, Ermənistanda cəmi 424 yoluxma halı qeydə alınıb. 30 nəfər artıq müalicə olunub və xəstəxanadan evə buraxılıb. 600 nəfərə yaxın insan karantin altındadır.
Koronavirus, dünya: son sutkanı əks etditən fotolar, rəqəmlər və faktlar. Yenilənir
Ermənistan, koronavirus: insanlar necə və nə hesabına yaşayır – baş nazir telefonla soraqlaşıb