Bu gün Yerevanda “Qafqaz-2016” beynəlxalq simpoziumunda Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunub.
Qafqaz İnstitutu Birləşmiş Krallıqların Stabillik və Höumət Təhlükəsizliyi Fondunun dəstəyilə “Cəmiyyətin və qərar qəbul edən şəxslərin Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına cəlb edilməsi” layihəsini həyata keçirir. Layihənin məqsədi Ermənistan və Dağlıq Qarabağ cəmiyyətlərini və hakimiyyətlərini Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hədəflənmiş dialoqa cəlb etməkdir.
“Qafqaz-2016” beynəlxalq simpoziumu layihə çərçivəsində həyata keçirilən ilk tədbirdir. Elmi konfrans gedişatında Ermənistan, Qarabağ, Gürcüstan və Rusiyadan olan ekspertlər öz fikirlərini səsləndiriblər.
Böyük Britaniya Birləşmiş Krallıqlarının və Şimali İrlandiyanın Ermənistandakı səfiri Cudit Farnvort ümid edir ki, onların dəstəyilə həyata keçirilən proqram problemin həlli yolunu tapmağa imkan verəcək real meydança olacaq. Ötən ilin aprel hadisələrini nəzərə alaraq [“Aprel müharibəsi” adını almış fəal hərbi əməliyyatlar] səfir Qarabağ münaqişəsini regionun ən vacib problemlərindən biri hesab edir.
“Biz mediadan və siyasi çevrələrdə görürük ki, münaqişəni nizamlamaq istəyi güclənir. Biz ATƏT-in Minsk Qrupunun regionda təhlükəsizliyin qorunması yönündə fəaliyyətini dəstəkləyirik, iki ölkə xalqları arasında Track II adlanan dialoqu dəstəkləyirik”, – Cudit Farnvort deyib.
O, həmçinin qeyd edib ki, “Qafqaz-2016” beynəlxalq simpoziumunun məqsədi Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini müzakirə etmək, riskləri hesablamaq, onların mümkün fəsadlarının qarşısını necə almaq olduğumuzu anlamaqdan ibarətdir.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər