Qonaqpərvərliyə görə Ermənistan dünya ölkələri siyahısında 29-cu yeri tutur – “Passport Index” təşkilatının araşdırmasında deyilir.
“Passport Index” qonaqpərvərlik reytinqini tərtib edərkən, aşağıdakı amilləri nəzərə alıb: həmin ölkəyə neçə ölkə vətəndaşı vizasız səfər də bilər, ölkəyə girişdə vizanı əldə edə və ya növbədən kənar ölkəyə giriş icazəsi ala bilər.
Bu göstəricilərə görə Ermənistanı Türkiyə (22-ci yer) və İran (12-ci yer) geridə qoyur, amma 51-ci yerdə olan Gürcüstanı və 87-ci yerdə olan Azərbaycanı qabaqlayır. Rusiya “Passport Index”in reytinqində 83-cü, ABŞ isə 82-ci yerdədir.
Birinci yeri Komor adaları tutub, belə ki, burada ölkəyə asanlaşdırılmış giriş rejimi dünyanın bütün 198 ölkəsi üçün işləyir.