Ermənistan-Azərbaycan: bundan sonra nə olacaq?
Əsas versiyalar haqda: Ermənistan və Azərbaycan münasibətlərində yaxın aylarda iki ölkə liderinin iki vacib görüşü – 26 noyabrda Soçidə Rusiya vasitəçiliyi ilə və 15 dekabrda Brüsseldə Avropa İttifaqının prezidentinin iştirakı ilə – fonunda hadisələr necə inkişaf edə bilər?
Rusiya prezidenti Vladimir Putin noyabrın 26-da Soçidə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında “mini-sammit” keçirib və bu, Ermənistan-Azərbaycan münaqişəsində çoxdan gözlənilən diplomatik prosesin bərpasına işarə olub.
Görüşdə iki əsas məsələ müzakirə olunub: planlaşdırılan yolların açılması və ya ticarət və nəqliyyat əlaqələrinin bərpası və iki ölkə arasında sərhədlərin demarkasiyasının vacibliyi.
Bu məsələlərin hər ikisi hələlik həllini tapmamış qalır, baxmayaraq ki, Rusiyanın təzyiqi altında 2020-ci ilin noyabrında imzalanan atəşkəs haqda razılaşmanın mühüm maddələridir.
Həmçinin Azərbaycanın çox sayda erməni hərbi əsiri və döyüşməyən şəxsi qaytarmaqdan imtina etməsi ilə bağlı məsələ də həll edilməyib.
- Münaqişənin tam bitməsi necə olur? Bakı sakinlərinin düşüncələri
- “İnsanlar bir-birini tanımaq istəyir”: ermənilər və azərbaycanlılar nə haqda danışırlar?
- Yox olmuş dəmiryolu və Ermənistan-Azərbaycan münaqişəsi
Soçi sammitinin əhəmiyyəti
Noyabrın 26-da Soçidə baş tutan görüş çox əhəmiyyətli idi.
Birincisi, Ermənistan və Azərbaycan liderləri arasında görüş silah gücünə qarşı olaraq diplomatiyaya mühüm qayıdış oldu.
İkinci mühüm aspekt Avropa İttifaqının hələ Soçi sammiti ideyası ortaya çıxmamışdan əvvəl planlaşdırdığı 15 dekabr Brüssel görüşündən əvvəl “mini-sammit” çağırmış Rusiya prezidenti Vladimir Putin üçün Soçi görüşünün dəyərli olmasıdır.
Bu kontekstdə Putin Aİ-ni qabaqlamağa çalışırdı və Soçidən istifadə etdi ki, Rusiyanın Cənubi Qafqazda dominant oyyunçu kimi rolunu təsdiqləsin.
Amma bu, Qərbin sülh prosesinə cəlb olunmasını inkar etmir. Üstəlik, ATƏT-in Minsk Qrupunun qayıtması Dağlıq Qarabağa sülhməramlıları yerləşdirmək üçün Moskvaya nadir legitimlik verir.
Üçüncü vacib detal isə bu Soçi görüşünə xüsusi əhəmiyyət qazandırır – görüşün çevrilmədiyi şey.
Görüş diplomatik fəaliyyətin şifahi öhdəliklərin vurğulanması ilə həyata keçirildiyi və nəticədə heç bir sənədin imzalanmasının gözlənilmədiyi tədbir oldu.
Bu tədbir daha uzun və mürəkkəb prosesin bir hissəsi olub, baxmayaraq ki, görüş özlüyündə uğurlu keçib, xüsusən az əvvəl Azərbaycan tərəfinin Ermənistan ərazisinə hücumundan və iki erməni əsirin Azərbaycan tərəfindən geri qaytarılmasından sonra.
Bundan sonra nə olacaq?
Soçi sammiti Ermənistanla diplomatik münasibətləri bərpa edən Azərbaycanın zənn edilən güzəşti kontekstində keçib.
Bu, hadisələrin yaxın aylarda necə inkişaf edə biləcəyinə dair iki əsas versiya haqda düşünməyə imkan verir.
Birinci versiya
Birincisi, tərəflərin nəhayət Azərbaycandan Naxşıvana avtomobil yolunun və dəmiryolu xəttinin bərpasının birinci mərhələsinin həyata keçirilməsi haqda nəhayət razılığa gələcəyi ilə bağlı haqlı gözləntilər var.
Bu cür razılaşma Azərbaycan üçün həm müharibədən sonrakı mühüm qələbə kimi, həm də regional ticarətin və nəqliyyatın bərpası ilə əlaqədar daha böyük planın vacib tərkib hissəsinin həyata keçirilməsi kimi xüsusi əhəmiyyət daşıyır.
Amma bu, eyni zamanda Rusiya üçün də vacibdir, xüsusən Ermənistan və Azərbaycan liderləri arasında onlayn görüş keçirməklə bağlı uğursuz cəhddən sonra, bu zaman tərəflərin atəşkəs haqda razılaşmanın ildönümünə həsr olunmuş sıçrayış sazişini dəstəkləyəcəkləri ehtimal olunurdu.
Razılaşma 2020-ci ildə Rusiyanın təsiri ilə imzalanıb.
Bu məsələ Soçi görüşünün gündəliyində olsa da, onun dekabrın 15-də Brüsseldə Aİ Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində baş tutacaq növbəti görüşdə daha ətraflı müzakirə ediləcəyi gözlənilir.
İkinci versiya
Demarkasiya problemi ilə bağlı gözlənti də var.
Naxçıvanla avtomobil yolu və dəmiryolu xəttinin açılması Azərbaycan üçün daha önəmlidir, amma sərhədlərin demarkasiyası Ermənistan üçün kritik dərəcədə mühüm prioritet təşkil edir.
Burada hadisələrin inkişafının iki mümkün ssenarisi və ya variantı var:
- Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası haqda danışıqlar aparmaqla səlahiyyətləndirilmiş üçtərəfli “işçi qrupun” formalaşdırılması,
- və ya bu işin nəqliyyat və ticarət üzrə mövcud işçi qrupun məsuliyyəti çərçivəsinə daxil edilməsi.
Bunun necə həyata keçiriləcəyindən asılı olmayaraq, hər iki variant sərhədlərin demarkasiyası üçün lazımi hüquqi və institusional əsası təmin edəcək.
Bununla da onlar çox vacib gərginliyin azaldılması, o cümlədən də Azərbaycanın 2021-ci ilin mayında olduğu kimi sərhəd problemlərini güc və silahlı müdaxilə yolu ilə həll etmək cəhdlərinin qarşısının alınması prosesinə dəstək olacaq.
Daha geniş kontekst
Nəhayət, Soçi və Brüsseldəki görüşlər Azərbaycanın üç konkret elementdən ibarət olan müharibədən sonrakı strategiyasına davam etdiyi daha geniş kontekstin bir hissəsidir.
Birincisi erməni əsirləri və dinc sakinləri azad etməkdənimtina etməsi və 2021-ci ildə həyata keçirilən Ermənistan ərazisinə hərbi müdaxilədir.
Burada Azərbaycan Ermənistandan mümkün qədər böyük güzəştlərə nail olmağı hədəfləyən nisbətən uğurlu “keçid” yanaşması tətbiq edib.
Amma belə çıxır ki, Ermənistana mütəmadi və ardıcıq təşyiq nəinki Ermənistan hökumətinin zəifləməsinə, həm də onun diplomatik və hərbi münasibətlərdə mövqelərinin möhkəmlənməsinə gətirib çıxarır.
Hərbi əsirlərdən diplomatik valyuta və siyasi mal kimi istifadə edərək Bakı çox güman ki, saxlanılan şəxslərin uzun müddət ərzində yalnız mərhələli, hissə-hissə azad edilməsinə davam edəcək.
Azərbaycanın bu yeni, müharibədən sonrakı strategiyasının ikinci elementi iddialı və kifayət qədər cəsur addıma əsaslanır – 2020-ci ilin noyabrında Rusiyanın sırıdığı atəşkəsin şərtlərini yerinə yetirməkdən imtina etməklə Rusiyaya açıq meydan oxumaq.
Bununla yanaşı Ermənistan-Azərbaycan sərhədi boyunca təhlükəli hücumlar Rusiyanın Ermənistanın cənubunda və Ermənistan-Azərbaycan sərhədi boyunca hərbi iştirakının genişləndirilməsi planlarını pozur.
Onlar həmçinin həm Rusiya, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana verdiyi təhlükəsizlik zəmanətlərinin nə qədər zəif olduğunu nümayiş etdirirlər.
Bu strategiyanın üçüncü komponenti isə Azərbaycandakı daxili siyasi vəziyyətdən irəli gəlir.
Bu, 2020-ci ildə Qarabağ uğğrunda müharibədəki qələbənin Əliyev rejiminin uzun müddət qalmasını təmin edəcək qədər aydın və qəti olmadı.
Üstəlik müharibə Qarabağ münaqişəsinin “nizamlanması” ilə başa çatmadı və Azərbaycanı tam qələbəyə aparmadı.
Faktiki olaraq demokratik islahatların olmamasına haqq qazandırmaq və Əliyevlər ailəsinin korrupsiya əməllərindən diqqəti yayındırmaq üçün Qarabağ münaqişəsindən bundan sonra da siyasi fayda əldə etmək imkanı olmadığı halda Azərbaycanın stabilliyi və ölkə liderinin sakitliyi üçün təhlükə yaranır.
Beləliklə, sərhəddə gərginliyi qorumaqla Əliyev bundan sonra da populyarlığını möhkəmləndirmək üçün qısa olsa da, ciddi imkan əldə edir və bu şəraitdə Ermənistanla (və Qarabağla) mühüm siyasi divident gətirən “müharibə vəziyyətini” uzatmaq lazımdır.
Amma bu strategiya qısa müddətli və məhdud olaraq qalır, Əliyev hökumətinin dayanıqlığını artırmır, xüsusən də yüksək gözləntilər və daha qəti və tam qələbə tələnbi qarşısında.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.