Elargi
Elargi meqrel mətbəxinin iki inqredient –qarğıdalı və pendirdən ibarət əsl şah əsəridir.
Amma düşünməyin ki, onu hazırlamaq asan olacaq. Bir neçə vacib nüansa riayət etməsəz təəssüf ki, heç nə alınmayacaq. Bütün lazımi detallarla bizim Zuqdididən olan müəllifimiz Natia Kankia bölüşəcək.
Üç porsiya elargi üçün sizə lazım olacaq:
1 kilo qarğıdalı yarması
200 qram qarğıdalı unu
1,5 kilo sulquni pendiri
Qarğıdalı yarmasını yaxşıca ələkdən keçirmək, sonra da diqqətlə yumaq lazımdır – əsl meqrel xanımları yarmanı 25 dəfədən çox, kütlənin ağardığına əmin olana qədər yuyurlar.
Yuyulmuş yarmaya su əlavə edib, qaynadırıq. Yarmanı mütləq taxta qaşıqla qarışdırmaq lazımdır, yastı kürəcik lap yerinə düşər. Yeri gəlmişkən, siz qomi və ya elargini tez-tez bişirmək istəyirsizsə, xüsusi taxta qaşıq əldə etsəz daha yaxşı olar – Sameqreloda onlar hər mətbəxdə var, biz onu “çoqani adlandırırıq. Bu çoqani ilə qarğıdalı yarmasından olan sıyığı dayanmadan qarışdırmaq lazımdır, sıyıq vam odda bişir (siz axı o qaynayandan sonra altını azaltmağı unutmamısız?).
Yarma tam bişənə qədər, yəni təxminən 45 dəqiqə ərzində prosesi diqqətlə izləmək lazımdır.
Tezliklə siz yarmanın bişdiyini gözə yarı seçə biləcəksiz – kütlə qatılaşır, artıq onu qarışdırmaq çətinləşir. Bu zaman qarğıdalı ununu əlavə etmək lazımdır (yadınızdadır? 200 qram). Unun yanmaması üçün tez-tez qarışdırın. Qatı qarğıdalı sıyığı alınmalıdır. Qazanın altını bir az da azaldıb, sıyığı üstündə 30 dəqiqə ərzində saxlayırıq. Yeri gəlmişkən, nəticədə bundan daha bir yemək – qomi alınacaq.
Pendirlə məşğul olmaq vaxt çatdı. Əvvəlcə onu bir az duzlamaq lazımdır – bir çimdik duz kifayət edəcək. Tavanı odun üstünə qoyuruq, yarım stəkan su tökürük. Su qaynayandan sonra içinə bir dilim sulquni qoyuruq. Pendirin hazır olub-olmadığını yoxlamaq lazımdır. Bunun üçün onu taxta qaşıqla əzin – pendir əriyir və uzanırsa, deməli artıq hazırdıq.
Hazır qominin içinə pendir dilimlərini qoyub, yaxşıca qarışdırırıq. Bir dəqiqə ərzində odun üstündə saxlayıb, yenidən qarışdırırıq.
Qarğıdalı kütləsi yaxşıca uzanırsa deməli elarginiz artıq hazırdır! Onu boşqaba qoyub, isti-isti süfrəyə gətiririk.
Heç nəyi gözdən qaçırmamaq üçün videoya yenidən baxmağı məsləhət görürük. Suallarınız yaransa mütləq verin – bunu materiala olan şərhlərdə etmək olar. Sizə uğurlar!