Ekstremal sürücülər
“eXtreme 2016 maşınların və insanların yarışı idi. Yarışların ikinci mərhələsi Axalkalakidə yenicə sona çatıb.
“Bu, əsl drayv idi! Məlum oldu ki, bu şəhərdə çoxlu avtomobil sevər var, minlərlə insan baxmağa və azarkeşlik etməyə gəldi. Çox ilhamlanmışıq, indən belə Gürcüstan birinciliyinin mərhələlərindən biri həmişə Axalkalakidə keçiriləcək, – Gürcüstanın “Off-Road federasiyasının sədri David Soselia deyir.
Yarışlarda Gürcüstan, Ermənistan və Azərbaycandan 19 idmançı iştirak edib.
Dərc olunub 28.09.2016