Dünya çempionu Maqnus Karlsen Azərbaycanda şahmat üzrə super-turniri qazanıb
Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş super-turnirdə qələbə qazanıb. 27 yaşlı norveçli üçüncü qəfədir ki, ənənəvi olaraq Azərbaycanın qərbindəki Şəmkir şəhərində keçirilən bu turnurdə qalib olur.
Turnirdə 10 qrossmeyster iştirak edib. İkinci yeri şempiondan cəmi yarım xal geri qalan çinli Din Lijen tutub. Azərbaycanı təmsil edən üç şahmatçıdan ən yaxşı nəticəni dördüncü yeri tutan Şəhriyar Məmmədyarov göstərib. O, Berlində dünya şahmat tacı uğrunda keçirilən ağır turnirdən sonra bir qədər yorğun görünürdü. Həmin turnirdə Məmmədyarov ikinci yeri qazanıb.
“Turnirdə mübarizə ciddi idi. Bu səfər mənim oyunum idealdan uzaq idi, amma lazımı anda qələbə qazanmaq mümkün oldu”, – Karlsen azerisport.com saytına bildirib.
Şəmkirdə Həşimovun xatirəsinə həsr olunmuş 21-ci mürəkkəblik dərəcəsinə aid olan turnir (ümumilikdə 22 dərəcə var) artıq beşinci dəfədir ki, keçirilir. Bu dəfə turnirdə demək olar ki, dünyanın bütün ən güclü qrossmeysterləri iştirak edib. Bircə çempion adına namizəd amerikalı Karuan və Ermənistan nümayəndəsi Aronyandan başqa.
Azəbaycanlı qrossmeyster Vüqar Həşimov dünyanın ən güclü şahmatçılarından biri, ikiqat dünya çempionu idi. O, 27 yaşında karyerasının zirvəsindəykən dünyasını dəyişib.