Gürcüstanda qaçırılmış 17 yaşlı qızın axtarışları davam edir
Neçə gündür ki, ailə oktyabrın 12-də evdən, çox güman ki, evlənmək məqsədilə oğurlanmış 17 yaşlı qızını axtarır.
Ailə və polis evə gələn şəxsin kim olduğunu bilirlər, lakin indiyə kimi onu tapa bilmirlər.
Oğurluq hadisəsinin baş verdiyi Saqareco rayonunun Kambalo kəndinin əhalisinin 99 faizini etnik azəbaycanlılar təşkil edir.
Gürcüstanın Azərbaycan icmasında indiyə kimi də evlənmək məqsədilə qızların qaçırılması təcrübəsi geniş yayılıb.
Həmçinin saytda oxuyun: Fotoqraf Daro Sulakauri ucqar qəsəbə və kəndlərdə qızların erkən yaşda ərə getməsinin səbəblərini aydınlaşdırmaq üçün regionlara səfər edib. Möhtəşəm fotolayihə alınıb
“Netqazeti” veb-portalı qaçırılan qızın qohumu Qəzənfər Məmmədovla söhbət edib. Onun sözlərinə görə, ailəsinin qızın taleyindən xəbəri yoxdur:
«İstəyirik ki, onu bizə göstərsinlər, ilk növbədə əmin olaq ki, fiziki cəhətdən hər şey qaydasındadır”, – o, “Netqazeti” ilə söhbətində deyib.
Həmçinin saytda oxuyun: “Xalq qızlara qarşı”. Qaçırılan qızlar öz hekayələrini JAMnews-a danışırlar. Jurnalist dövlətin nəyə görə qızların qaçırılmasının kökünü kəsməyi bacarmadığını aydınlaşdırmağa çalışır.
Qız oktyabrın 12-də öz evindən qaçırılıb. Qaçırılma hadisəsinə az qalmış o, məktəbdən qayıdıb və 12 yaşlı bacısı ilə şam edirmiş. Qızların atası evi tərk edəndən sonra oğrular içəri soxulublar və qızı kiçik bacısının gözləri qarşısında qaçırıblar.
«Axşam saat altıya yaxın idi, ya da yeddiyə on beş dəqiqə işləmişdi… Belə çıxır ki, onu küçədən güdürmüşlər, atası evdən çıxıb uzaqlaşan kimi içəri girib onu qaçırıblar. O vaxtdan onu heç kim görməyib və [harada olmasından] xəbərimiz yoxdur. Polis bütün gecəni axtarıb, lakin izinə düşə bilməyib», — Qəzənfər Məmmədov deyir.
Onun sözlərinə görə, qız onu qaçıran adamı tanımayıb:
«17 yaşı var, oxuyurdu, [belə bir şeyi] planlaşdırmırdı və onlar fiziki olaraq tanış deyildilər. Güclə, qışqırıqlarla, çığırtı ilə və ağzını bağlayaraq [aparıblar]», — Məmmədov söyləyir.
Həmçinin saytda oxuyun: Vətəndaş cəmiyyətinin fəalları hesab edirlər ki, dövlət qızları qorumaq üçün nəinki heç nə etmir, hətta onları praktiki olaraq satır
Onun sözlərinə görə, qaçırılan qızın ailəsi artıq oğurluqda şübhəli şəxsin kim olduğunu bilir.
«Ailəsindən öyrəndik, dostlarından… Kənddə şahidlər var, sükan arxasında kimin olduğunu deyiblər… Biz işin nə yerdə olduğunu bilmirik, çünki qızı evlənmək məqsədilə qaçırdığı deyilən oğlan başqa qızla artıq nişanlı idi, onun nişanlısı var idi…», — Məmmədov deyir.
DİN-də bildirirlər ki, polis oğruları fəal şəkildə axtarır. Cinayət Məcəlləsinin 143-cü maddəsi üzrə istintaq başlanıb ki, həmin maddəyə azadlığın qanunsuz məhdudlaşdırılmasını ehtiva edir. Cinayət 2 ildən 4 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalanır.
___________________
- Hər il Gürcüstanda onlarla qız məktəbli partasının arxasından evlənmək məqsədilə qaçırılır.
- Statistika: Ombudsmanın 2016-cı il üzrə hesabatında deyilir ki, Təhsil Nazirliyindən əldə edilmiş statistikaya görə, 2015-ci ildə ailə qurmaq məqsədilə 13 yaşından 17 yaşına kimi 408 məktəbli təhsilini yarımçıq qoyub, 168 halda isə 18 yaşına çatmış şəxslər təhsillərini davam etdirməyiblər. 2017-ci ildə Ombudsmanın ofisi 98 erkən nikah halını qeydə alıb. Bununla belə, qeyd olunur ki, bu statistik göstəricilər düzgün deyil və rəqəmlər daha böyükdür.
- Etnik azərbaycanlıların yığcam şəkildə yaşadığı rayonlarda vəziyyət xüsusilə ağırdır. Erkən nikahlar adi haldır və yerli sakinlərin bildirdiyi kimi, Azərbaycan ənənələrinin bir hissəsidir.
- Gürcüstan Cinayət Məcəlləsinin 140-cı maddəsinə görə, 16 yaşına çatmamış şəxslə cinsi əlaqə cinayət məsuliyyəti yaradır. Qanunvericiliyə edilmiş dəyişikliklərə baxmayaraq, erkən nikahlar baş verməkdədir.
- Qaçırılmış qızları, bir qayda olaraq, öz ailələri də qəbul etmir, onlar qaçırılmış qızı geriyə qəbul etmirlər, belə ki, onlar “ləkələnmiş” hesab edilirlər; oğrularla işbirliyinə gedən dövlət də qızları müdafiə etmir, qızlardan icma ağsaqqalları, qohumları və qonşular da üz çevirir.