Dopinq qalmaqalına baxmayaraq, Rusiya Olimpiadada iştirak edir
25 iyul
Rusiyaya Rio-de-Janeyrodakı oyunlarda iştirak etməyə icazə veriblər. Beynəlxalq Olimpiya Komitəsi oyundan iki həftə əvvəl Rusiyaya qarşı “misilsiz sərt ölçülərdən istifadə etməmək qərarına gəlib.
BOK-un qərarına əsasən, bütün komanda ayrı-ayrı idmançıların hərəkətlərinə görə məsuliyyət daşımamalıdır. Buna görə də hər bir idman federasiyası Olimpiadada iştirak etməli olan idmançıların dosyelərini araşdırıb, ancaq heç vaxt dopinqdən sui-istifadə etməyənləri oyunlara buraxacaq. Bndan əlavə, şübhə altına alınan bütün iştirakçılar yenidən dopinq testindən keçməli olacaqlar.
60 yüngül atletika idmançılarından ancaq son üç il ərzində ABŞ-da məşq edən uzuna tullanma üzrə atlet Darya Klişina iştirak edəcək. Uzuna tullanma üzrə atlet Yuliya Stepanovaya oyunlarda iştirak qadağa edilib. Putyovka qazanan 8 ağır atletika idmançılarından və 28 avarçıdan heç biri Olimpiya oyunlarına getməyəcək. Artıq qərara alınıb ki, 37 üzügüçü arasında ən yaxşı idmaçılardan biri olan Yuliya Yefimova və veloyürüşçülərin bir hissəsi də yarışlarda iştirak etməyəcəklər. Olimpiadada tenisçi Mariya Şarapova da olmayacaq. Amma bu idman növündə 7 başqa idmançı iştirak edəcək. Rusiya cüdoçuları yığması tam tərkibdə təmsil olunacaq.
BOK İcraiyyə Komitəsi Rusiya üzrə təzyiq altında tələsik qərar verib. Rusiyanın iştirakıyla dopinq qalmaqalı 2014-cü ilin dekabr ayında, Almaniyanın ARD telekanalı bu haqda film nümayiş etdirəndə başladı.
19 iyul
Çox güman ki, Rusiya bu yay Olimpiya və Paralimpiya oyunlarında iştirakdan uzaqlaşdırıla bilər. Səbəb Rusiya dövlət qurumlarının 4 illik dopinq proqramını dəstəkləməsindədir.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) iyulun 19-u çərşənbə axşamı Rusiyaya avqustun 5-də Rio-de-Janeyroda start götürəcək Olimpiya oyunlarında iştirakına qadağa qoymaq, yoxsa vəziyyətə daha liberal yanaşmaqla bağlı qərar qəbul edəcək.
BOK prezidenti Tomas Bax “olduqca sərt sanksiyaların tətbiq olunacağını deyib, çünki nəticələr şokedicidir, idmana və Olimpiya oyunlarının ruhuna misli görünməmiş hücum müşahidə olunmaqdadır.
Ümumdünya Anti-dopinq Agentliyinin tədqiqatının nəticələri
Ümumdünya Anti-dopinq Agentliyi Rusiya idmançılarının dopinq-testə müsbət cavab verən 580 sidik nümunəsini götürüb. Tədqiq olunan nümunələr 2012-ci ildə Londonda və 2014-cü ildə Soçidə keçirilən Olimpiyadalar zamanı 30-a yaxın idman növü nümayəndələrindən götürülüb.
İyulun 18-də doktor Maklarenin müəllifliyi altında dərc edilən hesabatda deyilir ki, Rusiya İdman Nazirliyi müsbət dopinq-testi olan nümunələri dəyişib. Bu zaman nazirlik Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX), Rusiyanın Anti-dopinq Agentliyi və Rusiyanın milli yığmanın hazırlanması üzrə idman mərkəzi tərəfindən dəstəklənib.
Analizlərin dəyişdirilməsi ilə bağlı qeyd olunan hallar 2011-2015-ci illər ərzində yay və qış Olimpiya oyunlarında ölkənin idman nailiyyətlərini yaxşılaşdırmaq məqsədiylə baş verib.
Hesabata əsasən, Soçidə keçirilən Olimpiada zamanı müsbət dopinq-testli sidik nümunələri təmiz nümunələrlə əvəz olunur, onlar da dondurulmuş şəkildə Soçinin laboratoriyalarına FTX əməkdaşları tərəfindən gətirilirdi. FTX agentləri burada işçi heyəti kimi qalırdılar.
Böyük miqyaslı araşdırmanın aparılması üçün əsas Rusiya anti-dopinq təşkilatının keçmiş rəhbəri Qriqori Rodçenkov tərəfindən yayılan informasiya oldu. Rusiya prezidenti Vladimir Putin onu qalmaqallı reputasiyası olan insan adlandırdı.
Rusiyanın cavabı
Vladimir Putin bildirib ki, Maklarenin hesabatında adı çəkilən hər kəsi tutduğu vəzifədən azad edəcək. Rusiya agentliklərinin məlumatlarına görə, bu siyahıda adı birinci çəkilənlərdən biri idman nazirinin müavini Yuri Naqornıxdır.
Eyni zamanda Kreml Ümumdünya Anti-dopinq Agentliyinə Rusiya istintaq orqanlarına daha dolğun, obyektiv və faktlara əsaslanan informasiya təqdim etməklə bağlı xahişlə müraciət edib.
Dərc olunub 19.07.2016