Çörək və tamaşa
Nizami küçəsi turistlər arasında ən populyar yerlərdən biridir. Buna görə də burada rəsm sərgisi təşkil etməklə Mədəniyyət Nazirliyi çox ağıllı iş gördü. Həmin küçədə gəzən adamların sayını nəzərə alsaq, ən maraqsız sərgi və ya konsert də uğur qazanmağa məhkumdur. Təsadüfi tamaşaçılar daha çox təsadüfi insanları cəlb edir, bununla da lazımi auditoriyanı təmin edir.
Azərbaycanın ən müxtəlif regionlarından olan rəssamların (150-dən çox) əsərlərinin sərgisindən başqa burada müxtəlif rayonlardan gələn musiqiçilərlə də tanış olmaq mümkündür. Bakılılar və şəhərin qonaqları onları oktyabrın ortalarına qədər hər cümə günü dinləyə biləcəklər. Sənət əsərlərini almağa heç kim tələsməsə də özünəməxsus “regional festivalın musiqili hissəsi anşlaqla keçir.
Videoda Salyan rayonundan olan xalq musiqisi ansamblıdır.
Dərc olunub 27.09.2016