Ceyranbatan su anbarı yaxınlığındakı ərazidə kol-kos yanır
Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanır – bu barədə yerli sakinlər FHN qaynar xəttinə zəng vuraraq xəbər veriblər. Fövqalədə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, yanğının söndürülməsi üçün əraziyə nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub.
Yanğın baş verdiyi andan əraziyə Fövqəladə hallar nazirliyinin əməkdaşları gedib, yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Bu gün Sumqayıt şəhəri, Abşeron, Xəzər, Sabunçu və Suraxanı rayonlarının əksər hissələrinə verilən su Ceyranbatanda emal olunur. İçməli suyu istifadəçilərinə çatdırmaq üçün Sutəmizləyici Qurğular Kompleksindən 6 ədəd iri diametrli su xətti çəkilib.
Meşə yanğınları Azərbaycanda hər il olur, adətən ekologiya nazirliyi bunun səbəbi kimi insan faktorunu göstərir. Lakin Ceyranbatan su anbarı bağlı ərazidə olduğundan yerli sakinlərin ərazidə yanğına səbəb olacaq hadisə törətdikləri ehtimal olunmur.
Yanğının səbəbini də bu dəfə açıqlanmayıb.