Çeçenistan Parlamenti geylərin təqibi haqda hesabatın müzakirəsindən imtina edib
Paylaşmaq
Paylaşmaq
Çeçenistan Parlamenti katibliyinin nümayəndəsi Delimxan Camaldinov bildirib ki, Human Rights Watch təşkilatının Çeçenistanda insanların kütləvi şəkildə işgəncə görməsi haqda hesabatı ciddi məsələ deyil və parlamentin müzakirəsinə layiq deyil.
“KİV-də çox şey yazırlar, onların hamısına reaksiya verməli olsaq – avropalı yemlənən, satılmış jurnalistlərin yazdıqlarına sadəcə tüpürmək istəyirik”, – “Kavkazskiy uzel”in xəbərinə görə, Delimxan Camaldinov bildirib.
Məmur nüfuzlu beynəlxalq hüquq-müdafiə təşkilatının məlumatına belə reaksiya verib. Həmin məlumata əsasən, respublikada homoseksuallıqda şübhəli bilinərək saxlanılan insanlara işgəncə verilməsində Çeçenistan Parlamentinin sədri Maqomed Daudov şəxsən iştirak edib. Parlament sədri özü bu məlumatı heç cür şərh etməyib. Çeçenistanda saxlanılan homoseksuallardan ən azı üç nəfəri Arqun və Qroznıda həbsdə olduqları zaman parlament spikeri Maqomed Daudovu orada görüblər, HRW hesabatında deyilir.
Xatırladaq ki, aprelin 1-də “Novaya qazeta” Çeçenistanda LGBT üzvlərinin kütləvi saxlanılması və qətli haqda material dərc etmişdi, daha sonra isə Arqundaki geylər üçün “gizli həbsxana” haqda xəbər yaydı. Aprelin 24-də qəzet məlumat verdi ki, repressiyalara məruz qalmış, o cümlədən homoseksual oriyentasiyada şübhəli bilindiyi üçün təqib olunan 26 nəfər Çeçenistan sakini haqda məlumatların yer aldığı siyahı istintaq komitəsinə təqdim edilib.