“Bilmirəm indən belə necə olacaq”. Bakıdan musiqi, biznes və koronavirus haqda hekayə
“Təhsil zamanı janr çox nadir hallarda müəyyən olur. Əvvəlcə mən çubuqları düzgün tutmağı, oturmağı (bu da çox vacibdir), düzgün zərbə vurmağı və əsas ritmləri öyrədirəm. Bu vərdişlərə yiyələnəndən sonra artıq janr seçmək olar”.
Həsən bir xarici şirkətin departament direktoru vəzifəsindən gedib ki, özü üçün işləyə bilsin.
“Əvvəlcə kiçik, amma məşhur musiqi məktəbində dərs deyirdim, amma orada mənim “suyumu yaxşıca isitdiklərini” anlayandan sonra gedib, öz mini-məktəbimi açmaq qərarına gəldim. Başlanğıc üçün.
- Bakı Şanxayı – yox olan əfsanə
- Azərbaycanda andeqraund incəsənəti – yardım əvəzinə senzura
- Azərbaycanda diabetli insanların həyatı haqda: hekayələr, rəqəmlər, miflər
2019-cu ilin dekabrında məkan icarəyə götürdüm – köhnə zavodda 5 metrənin 5 metrəyə bir otaq. Sakit, kənar bir yerdi – kimsə gecə çalmaq istəsə, heç kimə mane olmamaq üçün.
Barabanlar, iki masa. Döşəmədə xalça – bu, səs izolyasiyasına kömək edir, elə barabanlar da beton döşəmə üzərində sürüşərdi. Əvvəl səsgücləndiricilər vardı, indi yığışdırmalı olmuşuq. Tələbələrlə çox vaxt məşqsiz çalardıq. Mən gitarada, tələbələr də barabanda müşayiət edərdilər.
Stusiyanın ərazisində pişik var, balaları ilə, həyətdə itlər var – onları həmişə yemləyirəm.
Beləliklə, hər şey yaxşı gedir, tələbələr gəlir, mən qazanıram, icarə haqqını vaxtında ödəyirəm, bir il əvvəl bankdan götürdüyüm krediti ödəyirəm, bütün bunlardan başqa, çox möhtəşəm bir məktəbdə azad müəllim statusunda dərs demək təklifi gəlir – ancaq öz dərslərinə gəlirsən və rahatca pulunu alırsan.
Qazancım, əlbəttə ki, dəfələrlə artır, mən də artıq məktəbi şəhərin mərkəzinə köçürməyi planlaşdırıram, həm də məkanı icarə etməyi yox, almağı düşünürəm, yaxşı reklam eləmək və sairə.
Pul axır, tələbələr məşğul olur, mən hədsiz şad və xoşbəxtəm, birdən-birə günlərin birində öyrənirəm ki, mənim işlədiyim məktəb virus yayılması üzündən bir həftəlik bağlanır.
Bir həftəyə heç kim ölməz deyə düşünürəm. Gözləyərəm, hər halda mənim məktəbim işləyir də, üstəlik mən həftədə iki dəfə, hətta bəzən üç dəfə öz qrupumla pablarda çıxış edərək də qazanıram.
Bir həftə keçir, heç nə yaxşıya doğru dəyişmir. Özəl məktəbimdəki bir neçə tələbəm təşviş içində mənə bildirir ki, koronavirusa görə onlar küçəyə çıxmağa qorxurlar. Əlbəttə ki, mən anlayışla yanaşıram, hər halda insanlar özlərinin və yaxınlarının sağlamlığı üçün qorxurlar. Pul hələlik var, heç nədən şikayətlənmirəm.
Budur, artıq mart ayıdır, hər şey daha da pisləşir, karantin, sms-rejim elan edirlər – həmin vaxtdan mənim qazancım dayanır.
Borlca dolanıram, ayın axırına zorla çıxıram, kreditimi ödəyə bilmirəm, sağlamlığım onsuz da çox da yaxşı deyildi, hər şey daha da betər olub – səhiyyə isə bizdə pulsuz deyil.
Beləcə 4 aydan çox vaxt keçib. Hə, bir dəfə dövlətdən 190 manat “yardım” aldım, həmin vaxt borcumun həcmini bir az azaltdım. Deyə bilmərəm ki, hər şey pisdir, yox. Başımın üstündə damım var, sutkalarla ac qalmıram, internet var, bağ evində yaşayıram, həyət var – gəzmək, nəfəs almaq, qaçmaq mümkündür, amma işləmək lazımdır axı. İstəyirəm də.
Mənim məktəbim artıq fəaliyyət göstərmir, ikinci məktəbdən avqustda ancaq xəbər çıxar, bu da heç dəqiq deyil, icarə haqqını isə məndən tələb edirlər, bank da krediti ödəməyimi istəyir.
Mənim heç genişlətməyə macal belə tapa bilmədiyim xırda biznesim rəsmən batdı və mən bilmirəm ki, indən belə necə olacaq”.