Rusiyalı oliqarx Bidzina İvanişvili hakimiyyətə gələndən sonra Gürcüstanda geriləmə başlayıb – konqresmenlərin dövlət katibi Maykl Pompeoya məktubu
Amerikalı konqresmenlər qrupunun ABŞ-ın dövlət katibi Maykl Pompeoya ünvanladığı məktubda “Gürcü arzusu” iqtidar partiyasının lideri Bidzina İvanişvili rusiyalı oliqarx adlandırılıb və onun hakimiyyətə gəlməsindən sonra Gürcüstanın gerilədiyi qeyd olunub.
“Sizin həmkarlarınızla söhbətdən sonra belə təəssürat yarandı ki, dövlət departamenti Amerika şirkətləri üçün məxsusi olaraq investisiya mühitinin monitorinqini həyata keçirəcək ki, Gürcüstan hökuməti demokratik islahatların davam etdirilməsi və NATO-ya daxil olmanın tezləşdirilməsi də daxil olmaqla bütün öhdəliklərini yerinə yetirsin”, – məktubda deyilir.


Konqresemenlər Maykl Pompeoya məsləhət görürlər ki, Gürcüstanın baş naziri Giorgi Qaxariya ilə görüşü zamanı aşağıdakı məsələlərə xüsusi diqqət yetirilsin:
Rusiyalı oliqarx Bidzina İvanişvilinin manipulyasiya etdiyi Gürüstan hökuməti onilliklər boyu ABŞ və Gürcüstan iqtisadiyyatına öz töhfəsini verən Amerika biznesini ölkədən sıxışdırmağa çalışır ki, Gürcüstana rusiyalı, çinli və iranlı investorlar gəlsin.
Gürcüstanın Qara dəniz limanlarında məqsədyönlü şəkildə Amerika şirkətlərinə təzyiq göstərilir, hansıların ki, hədəfi Gürcüstanı Rusiya və Çin təsirindən qorumaqdır və bu, ABŞ-ın milli maraqlarına ziddir.
•Gürcüstan Qərbdən üz çevirib, rusiyayönlü olur? Amerikalı senatorların ABŞ dövlət katibinə məktubu
Məktubu konqresmenlər Markveyn Mallin, Codi Arrinqton, Bill Flores, Uill Herd, Brayan Babin və Rendi Veber imzalayıblar. Məktub 27 iyul tarixinə aiddir və Gürcüstanda “Milli Hərəkat” nümayəndəsi Salome Samadaşvili tərəfindən yayılıb.