Bibərli kapuçino
Natalya Qolumb “Mətbəx Couture kulinariya kitabının müəllifi və Bakının mərkəzində “Buffetique kafesinin sahibidir.
“Buffetique “Entrée və “Gloria Jeans kimi kafe şəbəkələrinin layiqli rəqibidir. Amma bu, sadəcə “daha bir qəhvəxana deyil. Fərq ondadır ki, burada əsl “ev biznesinin qoxusu gəlir. İnteryer dizayner tərəfindən onlarla əkiz kafelər üçün unifikasiya edilməyib, unikal detallardan yaradılıb. Menyu dəyişməyən siyahı deyil, canlı və yaradıcı bir şeydir.
“Buffetiquedə ofisiantlar özlərini muzdlu işçilər kimi deyil, qonaqpərvər ev sahibləri kimi aparır. Yəni siz onlara üşüdüyünüzü və ya qəmli olduğunuzu, ya da təzə nəsə istədiyinizi deyə bilərsiz, onlar da sizə əhvalınıza uyğun qəhvə və ya pirojna təklif edəcəklər. Misal üçün, bibərli kapuçino.
“Buffetiquein əsas fərqli cəhəti – fastfood heç də həmişə mədə üçün zərərli deyil, keyfiyyətli yemək və içkçilər isə mütləq həddən artıq baha olmamalıdır. İkinci fərqli cəhət gözlənilmədən, öz-özünə yaranıb – insanlar bura ünsiyyət üçün gəlməyə başlayıblar: müştərilər bir-birləriylə tanış olublar, hətta daimi müştəri klubuna oxşar bir şey yaranıb.
Və bütün bunlar bank işçisi, beynəlxalq münasibətlər departamentinin direktoru Natalya Qolumbun uğurlu karyerasını atıb, restoran biznesinə sıfırdan başlamaq qərarına gəlməsi sayəsində mümkün olub.
Dərc olunub: 23.03.2016