Livanda baş verən partlayış nəticəsində Beyrut darmadağın olub. Nə və hansı kontekstdə baş verib? Foto, video.
Avqustun 4-də axşam saatlarında paytaxt Beyrutda ammonium nitrat anbarında baş verən dəhşətli partlamadan sonra Livanda üç günlük matəm elan olunub. ən axı 78 nəfər həlak olub, 4 min nəfərdən çox insan yaralanıb.
Yerli medianın məlumatına əsasən, xəstəxanalar yaralılarla dolub, xilasedicilər dağıntılar arasından insanları axtarmağa davam edir, ölənlərin sayının artacağı gözlənilir.
Şəhərin böyük hissəsi, o cümlədən də qədim mərkəz tam və ya yarı dağılmış vəziyyətdədir. İlkin dəyərləndirmələrə görə, Livan üçün kritik önəm daşıyan liman fakitiki məhv olub. Ərzaq, dərman, həyati əhəmiyyət daşıyan əsas yüklərin əksəriyyəti məhz bu limana gətirilirdi.
•Gürcüstan və İran koronavirus pandemiyası vaxtı
Fəlakət anında xəstəxanalar onsuz da yüksən koronavirus yoluxması üzündən dolu idi. Bundan başqa, Beyrutda hakimiyyətin səmərəsiz iqtisadi və sosial siyasətinə qarşı ötən həftə ərzində kütləvi küçə etirazları davam edirdir.
Nə baş verib?
Avqustun 4-də yerli vaxtla 18:00-da (Cənubi Qafqazda 19:00) bütün Büyrut limanda başlayan yanğından sonra baş verən dəhşətli partlayış və göbələk formasında səmaya yüksələn nəhəng buluddan sarsılıb.
Partlayış 240 kim məsafədə Kipr adasında hiss olunub, yerli sakinlər bildirirlər ki, zəlzələ olduğunu düşünüblər.
Rəsmi məlumata əsasən, 2750 ton ammonium nitrat 2013-cü ildə müsadirə edilən gəmidən boşaldılandan sonra burada saxlanılıb. Partlayışın dəqiq səbəbini istintaq ortaya çıxaracaq, amma artıq “yüksək təhlükəli maddənin saxlanılmasında dəhşətli səhlənkarlıq” haqda bildirilib.
Livanın Ali Müdafiə Şurası bəyan edib ki, günahkarlar “maksimum cəzaya” çatdırılacaq.
Ammonium nitrat nədir?
Ammonium nitrat əsasən kəndtəsərrüfatında gübrə və partlayıcı maddı kimi istifadə olunur.
Odla təmasa girdiyi zaman bu maddə yüksək partlayış təhlükəlidir, buna görə də adətən yüksək təhlükəsizlik tələblərinə əməl olunaraq saxlanılır.
Partladığı zaman ammonium nitratdan toksik qazlar ayrılır.
“Bunun üçün daha pis zamanı təsəvvür eləmək belə çətindir”
Rami Ruhayem, BBC News, Beyrut
Partlayışın nəticələri: “Bunun üçün daha pis vaxtı təsəvvür etmək belə çətindir”
Rami Ruhayemin şərhi, BBC News.
Belə böyük fəlakət üçün uyğun zaman heç vaxt olmur, amma Beyrut üçün hazırkından daha pis vaxtı təsəvvür etmək belə çətindir.
İqtisadi böhran və koronavirus pandemiyası onsuz da kəskin olan daxili siyasi və cəmiyyətdəki ziddiyyətləri bir az da dərinləşdirib.
Həmçinin keçmiş baş nazir Rafiq Hararinin 2005-ci ildə həyata keçirilən qətli ilə bağlı avqustun 7-də gözlənilən məhkəmə qərarına görə də gərginlik yüksəkdir.
Covid-19 virusuna yoluxma hallarının yüksək olması səbəbilə xəstəxanalarda vəziyyət onsuz da ağır idi. İndi isə partlayışdan sonra travma alan minlərlə insanı xilas etmək və sağaltmaq lazımdır.
Yüzlərlə ailə evsiz qalıb, onların evləri bir anın içində zibil və şüşə qırıqlarından ibarət təpəyə çevrilib.
Livan istehlak edilən qidanın böyük hissəsini idxal edir. Demək olar ki, bütün 2019 və 2020-ci illər boyu ölkə iqtisadiyyatı “azad düşüşdə” idi, media ərzaq çatışmazlığı riskini müzakirə edirdi.
İndi limanda saxlanılan bütün taxıl ehtiyatı məhv olub. Məmurlardan birinin jurnalistlərə bildirdiyi kimi faktiki olaraq, Beyrut limanı “artıq mövcud deyil”.
2020-ci il avqustun 5-də səhər saatlarında Beyrut belə görünür:
Livanda qeyri-stabil siyasi və iqtisadi vəziyyət
Bir çox ekspertlərin dəyərləndirməsinə görə, Livan 1975-1990-cı illə vətəndaş müharibəsindən sonra ən böyük iqtisadi böhranı yaşayır.
Aylarla Beyrutda küçə aksiyaları davam edir, çoxları hakim elitanı islahatlar aparmaq əvəzinə öz şəxsi kapitallarını zənginləşdirməkdə ittiham edir.
Artıq uzun zamandır ki, hər gün işıq söndürülür, təhlükəsiz içməli su və səhiyyə sistemi ilə bağlı problemlər yaşanır.
Son bir həftə də İsraillə sərhəddə gərginliklə müşayiət olunur. Sonuncu bir həəftə əvvəl bəyan edib ki, “Hizbullah” terror təşkilatının İsrailərazisinə girməsi cəhdinin qarşısını alıb.
Bu dəfəki partlayışın 2005-ci ildə baş nazir Həririnin ölümünə səbəb olan avtomobilindəki partlayışın baş verdiyi əraziyə yaxın olması faktı da cəmiyyətdə müzakirə üçün ayrıca mövzuya çevrilib. Bir də hazırkı partlayış baş nazirin qətlində günahlandırılan dörd nəfərin işi üzrə çoxdan bəri gözlənilən hökmün səsləndirilməsinə dörd gün qalmış baş verib.