Beslan, Şimali Osetiya, sentyabr, on üçüncü il
Şimali Osetiyadakı Beslan şəhərində dərs ili artıq 12-ci ildir ki, sentyabrın 4-də başlayır.
2004-cü ildə burada Qafqazda ən faciəvi dramlardan biri yaşanıb.
O vaxt terrorçular qrupu düz sentyabrın 1-də bu və ya digər statusda 1,128 adamın iştirak etdiyi bayram tədbiri zamanı məktəbə hücum çəkib. Sonra onların demək olar ki, hamısı məktəbdə ac-susuz saxlanılıb, daha sonra da Rusiyanın xüsusi xidmət orqanları hücuma keçiblər.
Nəticədə 334 nəfər, o cümlədən 186 uşaq həlak olub. 783 nəfər yaralanıb.
Payızın ilk günlərində Beslanda terror aktına həsr olunan matəm tədbirləri keçirilir və bu tədbirlərdə bütün Osetiya iştirak edir. Dağıdılmış 1 saylı məktəbin önünə gələn insanlar güllər, uşaq oyuncaqları və girovların yaşamalı olduğu əzabların xatirəsi kimi su butulkaları gətirirlər.
Hər il Şimali Osetiyada dərs ilinin əvvəlinin bütün respublika üzrə rəsmi səviyyədə dəyişdirilməsi ilə bağlı məsələ qaldırılır. Müxtəlif ictimai qruplar dəfələrlə respublika rəhbərliyinə bu xahişlə müraciət ediblər. Terror aktı zamanı zərər çəkənlər də bu xahişi daimi dəstəkləyib.
Bununla belə, Şimali Osetiyanın yerdə qalan hissəsində sentyabrın birində əvvəlki kimi təntənəli tədbirlər keçirilir.