Beş ulduzlu qar
“Bizim indi özümüzün dağ xizək kurortumuz var, artıq başqa yerə getməyə ehtiyac yoxdur, – Bakıdan cəmi 230 kilometr aralıda, Qusar rayonunda Şahdağ qış-yay turist kompleksinin açılışı haqqında xəbəri Azərbaycanda məhz bu cür qəbul etdilər.
Xəbər əslində artıq 4 ildir ki, var. Buna görə də bu gün artıq Şahdağın öz süni qarı ilə qonşu Gürcüstanda – Bakuriani və Qudauridəki xizək traslarını əvəz edə bilib-bilmədiyi haqda fikir yürütmək olar.
İlk növbədə, bu geniş reklam olunan turizm kompleksi nədən ibarətdir? Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tikilən kompleks bu dövlət strukturunun turizmin inkişafı haqqında təsəvvürlərini tam ifadə edir. Yəni bu, nəsə dəbdəbəli və bahalı bir şeydir.
Foto: trend.az
Burada hər şey var: dörd otel, onlardan ikisi beş ulduzludur, 14 xizək trası, 12 kanat yolu, 20 restoran və bar, xizək məktəbi, spa salonlar və fitnes mərkəzləri.
Bir boşqab supun qiyməti 5 dollardan başlayır, ən ucuz otel otağında bir sutka qalmaq 200 dollara qədərdir. Xizək traslarına gəlincə, öz ləvazimatınız yoxdursa və hər şeyi kirayə etməlisizsə, siz yarım günü təxminən 50 dollar ödəməklə sürüşə bilərsiz (kanat yolu ilə çıxmağın pulu da daxil).
Spa salonların və restoranların fərziyyə olunan müştərilərindən başqa, “Şahdağa gələnlər iki hissəyə bölünür.
Xizəkçilər
Onlar həqiqətən də xizəkdə sürüşməyi sevir və bacarırlar.
Onlara şənbə günü səhər gəlib, ürək dolunca sürüşmək, iş həftəsi boyunca topladıqları stresi atmaq və şəhərə qayıtmaq xoşdur.
Məhz onlar ecazkar dağ mənzərəsini bütün gözəlliyi ilə görürlər.
Qar atan top. Bu qurğular olmadan trasların keyfiyyətinə zəmanət vermək olmazdı – bura o qədər də hündür və soyuq yer deyil, yağıntılar da stabil olmur.
Əksər vaxtlarda əsl xizəkçilər bura öz “avadanlıqları ilə gəlirlər, yəni onlar ancaq kanatla çıxmağa görə pul ödəməli olurlar.
Selfi həvəskarları
Bu qrup birincidən böyükdür. Çox böyük. Tələbələr, məktəblilər və ofis işçiləri – onlar əlbəttə ki, spa salon və ya bahalı restoranın xidmətlərindən istifadə edə bilmirlır, amma buna heç ehtiyacları da yoxdur. Onları xizək də az maraqlandırır. Onlara lazım olan hər şeyi “Şahdağ verir: qar, təmiz hava, fərqli mühit, nisbətən ucuz sosiskalı kökələr, öz adamları və ən əsası selfi üçün əla fon!
Burada həm də “Bizon Katapulta kimi reklam tədbirləri həyata keçirilir (təşkilatçılar – Xtreme Pro və BIZON Energy Drink). Yəni əgər sizin, press-relizdə bildirildiyi kimi, orijinal kostümunuz və “yaradıcı konsepsiyanız varsa, ola bilsin gələn dəfə sizin elastik kanatların köməyilə “uçmaq imkanınız olacaq.