Belarus Azərbaycana Qarabağa qeyri-qanuni səfər etməkdə ittiham edilən bloqer Lapşini təhvil verdi
Paylaşmaq
Paylaşmaq
Bloqer Alrksandr Lapşin xüsusi reyslə Minskdən Bakıya çatdırılıb. Bundan əvvəl, fevralın 7-də belarusun Ali məhkəməsi A.Lapşinin onu Azərbaycana tslim etmək qərarina etirazını rədd etmişdi.
2016-cə ilin dekabrən 16-da tanınmış rusiyalı bloger Aleksandr Lapşin Belarusda Azərbaycan tərəfinin tələbi ilə saxlanılıb. Bakının versiyasına əsasən Lapşin Azərbaycan tərəfinin rəsmi icazəsi olmadan 2011 il apreldə və 2012 il oktyabrda Qarabağa qeyri rəsmi səfər edib, bununla da Azərbaycanın “Dövlət sərhədləri haqqında” və “Pasportlar haqqənda” qanunların tələblərini pozub. Məlumat üçün: “Öz bloqunda, 6 aprel və 29 iyun 2016 il tarixlərində Lapşin Dağlıq Qarabağ respublikasının müstəqilliyini tanımağa çağırırdı”.
Belarus respublikasının baş prokurorluğu Lapşini Azərbaycan tərəfinə təslim etmək barədə qərar qəbl etdi. Minsk şəhərinin məhkəməsi bu qərarı qüvvədə saxladı. Fevralın 7-də Ali məhkəmə ilkin qərarı bir daha təsdiq etdi. Elə bu gecə Lapşin Bakıya göndərildi.
Bundan əvvəl Rusiya Xarici işlər naziri Sergey Lavrov Lapşinin Azərbaycana verilməsinə etiraz etmişdi. “Biz RF vətəndaşlarının bu və ya digər, ya da üçüncü ölkəyə ekstradisiya olmasının əleyhinəyik”.
Azərbaycan Baş prokurorluğunun xüsusi ağır işlər üzrə istintaq idarəsi cinayıt məcəlləsinin iki maddəsi üzrə iş açdığını bildirib. Bu maddələr 5 ildən 8 ilədək azadlıqdan məhrum olma cəzasını nəzərdə tutur.
“Biz onu Azərbaycana verməliyik, bizim bunu etməmək üçün heç bir əsasımız yoxdur” – Belarus prezidenti Aleksandr Lukaşenko 3 fevral tarixində mətbuat konfransında belə dedi.
Lapşin eyni zamanda Rusiya, Ukrayna və İsrail vıtındaşıdır. O, livejournal-da populyar bloq müəllifidir, bu bloqda o, həmçinin Dağlıq Qarabağdan da reportajlar yerləşdirib.