Qarabağ Parlamentində keçirilən qapalı gizlin səsvermənin nəticələrinə görə Bako Saakyan yenidən prezident seçilib. Onu Milli Məclisin üç fraksiyası dəstəkləyib. Saakyan 3 illik keçid mərhələsi üçün prezident seçilib.
2017-ci il fevralın 20-də baş tutan Konstitusiya referendumunun nəticələrinə görə, Qarabağda prezident idarəetmə sistemi təsdiqlənib, Bu sistem 2020-ci ildən qüvvəyə minəcək. Amma yeni Konstitusiyaya əsasən bu üç ildə Qarabağ keçid mərhələsi rejimində idarə olunacaq. Və bu mərhələdə Dağlıq Qarabağa hazırda parlament deputatlarının seçdiyi prezident rəhbərlik edəcək.
Ermənistan mediasının verdiyi xəbərə görə, “Hərəkat-88” fraksiyasının irəli sürdüyü digər namizəd Eduard Aqabekyan 32 səsdən 4-nü qazanıb.
JAMnews Qarabağda seçkiöncəsi vəziyyət haqda daha ətraflı bu məqalədə məlumat verib:
https://jam-news.net/?p=49071&lang=az-AZ
Materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews materiala yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə bilən və ya başqa səbəblərdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.