Bakıda tibb maskası qıtlığı
Bakıda tibb maskası qıtlığı yaşanır – aptekdə maska ya yoxdur, ya da adətən olduğundan dörd dəfə baha satılır. Bu haqda Ednews.net oxuculara istinadən xəbər verib. Bu hal Çində koronavirus epidemiyası ilə əlaqədar olaraq maskalara tələbatın artması ilə bağlıdır.
Sosisl şəbəkə istifadəçiləri bundan sonra bakteriayalara qarşı sabunun bahalaşacağı haqda zarafat edirlər.
Fevralın ortasında isə Sumqayıt şəhəri humanitar yardım olaraq Çinin Myanyan və Sian şəhərlərinə 80 min tibb maskası göndərib. Bu şəhərlərə baxil, tibb əlcəkləri və digər müdafiə və dezinfeksiya vasitələri də göndərilib.
• Azərbaycanda diabet xəstələri necə yaşayır – hekayələr, problemlər, miflər
• Bizə aidiyyatı yoxmuş kimi davranaraq: Azərbaycanda narkotik asılılığı