Bakıda spidkubinq
Rubikin kubunu nə qədər sürətlə yığa bilirsiz? Keçirdiyimiz ekspress-sorğunun nəticələrinə görə, cəmi əlli nəfərdən üçü bunu on dəqiqəyə edə bildiyini dedi. On nəfər bu məsələni bir günə həll etməyə hazırdır, mütləq əksəriyyət isə bununla maraqlanmadığını dedi – Rubikin kubu ilə ilk tanışlıqda oyuncağı əllərində bir az oynatdılar, heç nə alınmadığını da görüb, bir kənara atdılar.
Bu isə əslində idman növüdür. Spidkubinq – Rubikin kubunun sürətlə yığımı – Bakıda əslində o qədər də polulyar deyil.
“Bakı payızı-2016 turniri spidkuberlərin sayca beşinci yarışıdır, yarışlar 2012-ci ildən keçirilir. Bu dəfəki yarışda çoxlu sayda tamaşaçı olmasa da, iştirakçılar fantastik həvəs göstərdilər – turnir bir neçə saat sürdü. Ən yaxşı nəticə – 10 saniyə ərzində iki əllə və 22 saniyə ərzində bir əllə kub yığıldı.
Hər iki rekord Cavid Nəbizadəyə aiddir.
Dərc edilib 07.09.2016