Bakıda müxalifətin mitinqi
Bu gün axşam “Məhsul stadionunda, Baku mall ticarət mərkəzinin arxasında (şəhərin mərkəzindən 15 dəqiqəlik yolda) Milli Şuranın mitinqi keçirildi. Mitinq Bakı şəhəri İcra Hakimiyyətinin icazəsi ilə, “Konstitusiyaya təklif olunan, prezident hakimiyyətinin gücləndirilməsinə yönələn dəyişikliklərə, eyni zamanda korrupsiya və hökumətin yürütdüyü iqtisadi siyasətə, əhalinin yoxsullaşmasına qarşı etiraz əlaməti olaraq keçirilib. Ayın 26-da baş tutacaq referendum nəzərdə tutulur.
Təşkilatçılar qanun çərçivəsində hərəkət edirdi: əvvəlcədən razılaşdırılmış şüarlar səsləndirilib (“Referendum ləğv edilsin!), mitinq ayrılan vaxt bitənə qədər keçirilib, stadionun hüdudlarından kənara çıxmağa cəhd edən olmayıb. Mitinqə gözlənildiyindən daha çox adam gəldi, tək müxalifətçilər deyil, adi vətəndaşlar da varıydı: müxtəlif qiymətlərə görə, 8 mindən 11 minə qədər.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli növbəti mitinqin keçirilmə tarixini də elan etdi – 17 sentyabr.
Bakı şəhəri Baş Polis İdarəsi bildirdi ki, mitinqdə heç bir kobud pozuntuya yol verilməyib.
Bununla belə, iqtidar yönlü media resurslarına bu, mitinqdən dərhal sonra mitinq iştirakçılarının ünvanına həqarətli məqalələr dərc etməkdən çəkindirmədi. Hətta “gülənçi ittihamı da səsləndirildi.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov isə bildirib ki, təşkilatçılar xarici təşkilatlardan pul alırlar.
Dərc edilib 11.09.2016