Bakıda müxalif “Monitor” jurnalının redaktorunun ölümünün ildönümünü qeyd etdilər
Jurnalistlər və ictimai fəallat 12 il əvvəl qətlə yetirilmiş müxalif “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun məzarı önündə onun xatirəsini yad etdilər.
“Elmarın qətli dönüş nöqtəsi oldu. Belə ki, bu qətl müstəqil mətbuata qarşı repressiyalara yol açdı, faktiki olaraq onun məhv olunmasına gətirib çıxardı. Bir çox KİV bağlandı və ya hakimiyyətin nəzarətinə keçdi, kütləvi təbliğat vasitəsinə çevrilərək öz ictimai əhəmiyyətini itirdi, siyasət alətinə döndü. Bütün bunlar ölkəni dərin siyasi böhrana sürüklədi”, – contact.az saytı belə yazır.
“Monitor” bir radikal müxalif nəşr idi. Bəzi oxucuların fikrincə, jurnal və müəlliflər heç də hər zaman jurnalist etikasına riayət etmirdilər, sonadək yoxlanəlmamış məlumatı ictimailəşdirirdilər. Bununla bərabər jurnal öz cəsarətli məqalələri hesabına böyük populyarlıq qazanmışdı.
Elmar Hüseynov dəfələrlə təzyiqlərə məruz qalıb, cinayət məsuliyyətinə cəlb olunub, həbs edilib. Ona qarşı məhkəmə hökmləri qəbul edilib, onu qorxutmağa çalışıblar.
Ölkədə tənqidi jurnalistikanın tanınmış nümayəndəsi olan Elmar Hüseynov 2005-ci il martın 2-də evinin astanasında odlu silahla qətlə yetirilib.
Jurnalistin qətli ilə bağlı cinayət işi qaldırılıb. Ölkə prezidenti İlham Əliyev jurnalistin qətlindən sonra onun ailəsinə qatilin çox tez zamanda tapılıb istintaqa təhvil veriləcəyini bildirib. Şübhəli şəxs qismində iki Azərbaycan əsilli Gürcüstan vətəndaşı dindirilib. Buna baxmayaraq, qəsdi törədənlərin adı deyilsə də onlar indiyədək tapılıb istintaqa təhvil verilməyib.
“Monitor” jurnalının son bir neçə illik arxivi ilə burada tanış olmaq olar (rus dilində).