Hər bir az-çox ozünə hörmət edən restoran özünün “oyun və əcinnələrlə tədbirini keçirir. Uşaqlar üçün, böyüklər üçün tədbirlər – qiymətlər 20-30 dollardan sonsuzluğa qədər. Kafedə bəzəkli skeletlər və balqabaqlar, spesifik bəzəklər və hətta xüsusi menyu bolluğudur, yəni hər şey adəti üzrə gedir. Cin-şeytanlar yenə qalib gəlir.
Heç də Azərbaycan və müsəlman bayramı olmayan Halloween getdikcə “xalq bayramına çevrilir, ən azı paytaxtda. Bu il gənclər çəkinmədən küçələrdə qrim və kostyumlarda gəzişirdilər. Müsbət tərəflər – gözlənildiyinə rəğmən qısa şortlu Harli Kvinlərin sayı klublarda o qədər də çox deyildi. Cokerlər isə çoxuydu, çünki bu obrazı yaratmaq üçün o qədər də böyük əmək sərf etməyə ehtiyac yoxdur.
Erbi book cafe
Burada artıq bir neçə kospley festivalı keçirilib, buna görə də hər şey yaxşı keçdi, burada bu işi bacarırlar. “The Texas Chainsaw Massacre (“Motorlu mişarla Texas qırğını) filmindən olan ruhi xəstəni oynamaq üçün əsl motorlu mişar gətirən Bəyaz Əliyevdən başqa
Dejavu
Yerli rok qrupların konsertləri sayəsində gənclər arasında məşhur pab. Burada kostyum üzərində çox da baş sındırmayıblar: əsasən qrim və maskalar idi.
Diskotekada da təxminən eyni vəziyyət idi (yer STOP adlanır). Kostyumlar mane ola bilərdi, buna görə də gənclər “makiyaj və maskalarla kifayətləndi.
Hard Rock cafe
Elit yerdə elit kostyumlar. Məşhur şəbəkənin bu yaxınlarda açılan filialı özünü biabır edə bilməzdi: ofisiantlar da kostyumlarda idi, elə qonaqlar da paltarlarının ən xırda elementlərini belə düşünmüşdülər.