Bakıda autizmli uşaqların iştirakı ilə moda nümyaişi keçirilib.
Tədbirdə autizimlə bağlı maarifləndirici animasiyalar göstərilib. Musiqisi Tünzalə Ağayevaya, sözləri bəstəkar-müğənni Murad Arifə məxsus autizm özünəməxsus himni sayılan “Fərqliyəm” mahnısınının klipinə də baxış keçirilib.
İştirakçı valideynlər uşaqlarını proqrama hazırlamaq üçün özlərinin və müəllimlərin xeyli əziyyət çəkdiyini bildiriblər.
Tədbir “Birgə və Sağlam” İctimayi Birliyi, Gülnarə Xəlilova Moda Evi, ”Ümid var” Xeyriyyə Cəmiyyəti, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatları Mərkəzi və “Lider Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə “Boulevard” hotelində keçirilib.
Autizm üç yaşından əvvəl başlayan və ömürboyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beynin inkişafına maneə törədən xəstəlikdir.
Qeyri-rəsmi məlumata görə, Azərbaycanda altı minə yaxın auitist var. Rəsmi qeydiyyat olmadığına görə, dəqiq statistik məlumat da yoxdur.