Azərbaycan paytaxtında ən çox gözlənilən mədəni tədbirlərdən biri – hər il keçirilən caz festivalının açılışı olub.
Bakı beynəlxalq festivalı 2005-ci ildən bəri keçirilir. Bu il festival oktyabrın 20-dən 28-ə qədər davam edəcək. Festivalda Almaniya, İsveç, İsveçrə, Niderland, İsrail, Fransa və digər ölkələrdən musiqiçilər iştirak edəcək.
Festival çərçivəsində gənc ifaçıların “I am Jazzman!” beynəlxalq yarışması, Azərbaycan cazı günləri, uşaq cazı konserti, rəsm sərgiləri, master-klaslar və digər tədbirlər keçiriləcək.
Bu il festival qvineyalı musiqiçi Sekou Kuyaytın konserti ilə açılıb. Sekou Kuyayt mahir kora (21 simli Afrika aləti) ifaçısıdır, onu “afrikalı Cimmi Hendriks” adlandırırlar.
Azərbaycan cazı ənənəvi Nyu Orlean cazı ilə şərq muğamı motivlərinin sintezinə əsaslanan etno-caz növlərindən biridir. Bu üslub bəstəkar və pianoçu Vaqif Mustafazadə və onun qızı Əzizə sayəsində məşhurlaşıb.
Azərbaycanın caz ifaçıları bir çox beynəlxalq caz festivallarının və yarışmalarının qalibi olub.