Bakı-Tbilisi-Qars dəmiryol magistralının açılışı növbəti dəfə təxirə salındı
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı 2017-ci ilin birinci rübündən ilin ortalarına keçirilib. Bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan Qars şəhərində yüerli QHT-lərlə görüşündə söyləyib.
Arslan dəmir yonun açılışının ləngiməsini qar yağması ilə əlaqələndirib. Nazir əlavə edib ki: “Mart-aprel aylarında dəmir yolu sınaqdan keçiriləcək və bu ilin ortalarında Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləcək. … İkinci mərhələdə biz bu magistralı Naxçıvana, İrana, Pakistana, hətta Hindistana qədər uzatmağı nəzərdə tuturuq”.
Dəmir yolu artıq on ildir ki, inşa edilir. Əvvəlcə onun açılışı 2011-ci ildə planlaşdırılmışdı. Sonra azı üç dəfə bu yol ilə ilk qatarın yola düşməsi təxirə salındı.
2015-ci ilin oktyabrında “Azərbaycan dəmir yolları”nın rəhbəri Cavid Qurbanov mətbuatı əmin etmişdi ki, 2016-cı ilin noyabr ayında magistral istifadəyə veriləcək. Lakin dekabr ayinda dəmir yolunun açılışı 2017-ci ilin ilk rübünə keçirildi.
2016-cı ilin yanvar ayında “Gürcüstan dəmir yolları”nın baş direktoru Mamuka Baxtadze “Trend” agentliyinə yolun Gürcüstan hissəsinin tikintisinin başa çatdığını bildirmişdi.
- Bakı-Tbilisi-Qars dəmir yolunun ümumi uzunluğu 826 kilometrdir.
- Təxmin olunan keçiricilik qabiliyyəti – 1 milyon sərnişin və 6.5 milyon ton yük təşkil edir. Gələcəkdə bu rəqəmlər 3 milyon sərnişin və 20 milyon ton yükə qədər arta bilər.
- Layihənin ilkin dəyəri 422 milyon dollar idi, onlardan 202 mln dollar Gürcüstan hissəsinin, 220 mln dollar isə Türkiyə hhissəsinin tikintisinə yönəlməli idi. Amma sonradan layihənin dəyəri artılıldı. 2008-ci ilin sonunda müxtəlif qiymətləndirmələrə görə layihənin ümumi dəyəri 600 mln ABŞ dollarına çatdı.