Qızı onu məişət zorakılığında ittiham etdikdən sonra azərbaycanlı müxalifətçi istefa verdi
21 sentyabr
Müxalif “Azərbaycan Xalq Cəbhəsi” Partiyasının sədr müavini Fuad Qəhrəmanlı böyük qızı onu məişət zoirakılığında ittiham etdikdən sonra istefa verib. Bu, sosial şəbəkələrdə və mediada böyük rezonans doğurub. Qəhrəmanlı öz qərarını partiya lideri Əli Kərimliyə və ümumilikdə partiyaya zərər yetirmək istəməməsi ilə izah edib.
“…AXCP-yə bir ziyan dəyməməsi üçün hər zaman hər cür fədakarlığa hazır olmuşam. …mən indiki halda öz haqlılığımı deyil, AXCP-nin nüfuzunu və ona qara yaxmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını almağı əsas götürərək, AXCP sədrinin müavini postundan istefa verirəm”, – Qəhrəmanlı özünün “Facebook” səhifəsində yazıb.
Həmçinin o, “Xalq Cəbhəsi”nin tərəfdarlarını sentyabrın 28-də siyasi məhbuslara və demokratik seçkilərə həsr olunmuş mitinqə gəlməyə çağırıb.
20 sentyabr
Müxalif Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının qızı atasını məişət zorakılığı, qəddarlıq və sadizmdə ittiham edib. Bu, cəmiyyətin fəal hissənini şoka salıb və insanları iki “cəbhə”yə ayırıb. Bir qisim qızı müdafiə edir və onun hərəkətinə heyran olduqlarını dilə gətirir. Digərləri isə onu böhtan atmaqda günahlandırır və atasına bəraət qazandırır. Vəziyyəti hadisənin Xalq Cəbhəsinin növbəti mitinqi ərəfəsində baş verməsi gərginləşdirir.
• Şərh: Azərbaycanda məişət zorakılığına niyə haqq qazandırırlar?
• Ermənistanda məişət zorakılığı – ölümlə nəticələnən ailə problemləri
“Cinayətkar və sadist”
18 yaşlı Selcan özünün Facebook səhifəsində bildirib ki, atası Fuad Qəhrəmanlı “doğma qızının dizini və həyat yoldaşının barmaqlarını sındıran cinayətkardır”.
Qız artıq 10 ildir ki, ailələrində hökm sürən dəhşətli vəziyyətdən söz açıb. Atasının xanımı və qızlarını necə döyməsindən, onları təhqir etməsindən, dava salmasından danışıb. Partiyadaşları isə müxalifətçinin xanımını susmağa, onun karyerasına xələl gətirməməyə çağırıb.
Hazırda Avropada təhsil alan Selcanın sözlərinə görə, o, həqiqəti açmağı özünə borc bilir. Çünki söhbət təkcə onun atasından deyil, həm də tribunalardan insan haqları, azadlıq və ədalətdən danışan siyasətçidən gedir.
“O, dramatikləşdirir”
Fuad Qəhrəmanlı Xalq Cəbhəsi partiyasında ikinci adam, keçmiş siyasi məhbusdur.
Böyük qızı Selcandan başqa onun kiçik, on beş yaşlı qızı Sanay da var.
“Facebook”da ifşaedici statusdan sonra Fuad Qəhrəmanlı əvvəlcə bildirib ki, qızının profili oğurlanıb.
Amma Selcan atası haqqında statusu özü yazdığını təsdiq edib.
Onda Qəhrəmanlı mövqeyini dəyişərək deyib ki, qızı sadəcə “dramatikləşdirir”. Yəni ailələri çətin dönəmini yaşayıb, amma artıq hər şey yoluna düşüb, heç bir dəhşətli hadisə heç vaxt olmayıb, Selcan isə çox gənc və emosionaldır. Qəhrəmanlının versiyasına görə də bu emosionallıqdan onun siyasi opponentləri itifadə edib.
Amma Fual Qəhrəmanlının həyat yoldaşı qızının sözlərini təsdiq edib. Detallara varmadan sadəcə deyib ki, Selcan həqiqəti söyləyib.
“Bu, dəhşətdir” yoxsa “Bu, ailə məsələsdir ”
Fuad Qəhrəmanlının bir çox məsləkdaşı onun müdafiəsinə qalxdı. Bu da onların irəli sürdükləri əsas “versiya” və “arqumentlər”:
[yes_list]- qız ağlını itirib;
- bu, Xalq Cəbhəsinin 28 sentyabr tarixinə təyin olunan mitinqdən diqqəti ayırmaq üçün hakimiyyət və rəqiblərin işidir;
- Fuad Qəhrəmanlı həbsxanada işğəncələrə məruz qalıb, buna görə də onu bağışlamaq olar
- qız Hollandiyada siyasi sığınacaq almaq istəyir, feminist sərsəmliyi edir, həm də xaç taxır [Azərbaycan dünyəvi dövlətdir, amma xaç taxmağı bəzi müsəlmanlar əxlaqsızlıq kimi qəbul edə bilər – redaksiyanın qeydi].
Döyülməni adi “ailə işi”, ailə başçısının buna haqqı olduğunu, ətrafdakıların isə buna qarışmalı olmadığını hesab edənlər də az deyil.
Amma əksər sosial şəbəkə istifadəçiləri Selcanın tərəfini tutub. İnsanlar bildirir ki, qız cəsarətli və vacib addım atıb. Onlar qızın, anasının və bacısının halına acıyır və Xalq Cəbhəsinin tamamilə gözlərindən düşdüyünü bildiriblər.
Bu vəziyyət həm də ona görə vacibdir ki, növbəti dəfə (və çox kəskin şəkildə) Azərbaycanda məişət zorakılığı mövzusunu qaldırıb.
This project is funded through the Democracy Commission Small Grants Program, U.S. Embassy Tbilisi. The contents of this publication are those of the Author(s) and do not necessarily represent the views of the Department of State.