Azərbaycan, Ermənistan, Gürcüstan: alyans yaratmaq, yoxsa həyatda qalmaq üçün böyük ölkələrlə dostluq etmək?
Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı qorxunc xəbərlər arasında biri təəccüblü olsa da məni qibtə etdirdi. Bu, BBC-nin Baltik ölkələrinin Rusiya ilə hərbi münaqişəyə hazırlaşması haqda xəbər idi.
Latviya, Litva cə Estoniyaya Cənubi Qafqazdan baxsaq, kontrast aydın görünür. Bu üç ölkə Rusiya təhlükəsi qarşısında birləşib. Ermənnistan və Azərbaycan hökumətləri isə cəmiyyətlərin böyük hissəsinin dəstəyilə Rusiyanın başı Ukraynaya qarışmışkən bir-birini tamamən məhv etməyə çox şad olardılar.
İndiki kimi böhran məqamlarında Cənubi Qafqaz regionunun məhz parçalanması və buradakı münaqişələr üzündən necə zəif olduğu hiss olunur. Əsasən də bizim qarşıdurmalarımızdan, inadkarlığımızdan və komplekslərimizdən öz məqsədləri üçün bacarıqla istifadə edən RF qarşısında zəifik.
Bu gün aydındır ki, Cənubi Qafqaz dövlətlərinin Ukrayna ilə bağlı təmkinli mövqeləri məhz onların RF-dən iqtisadi və siyasi asılılıqlarından irəli gəlir.
Bu planda Gürcüstanın xüsusi mövqedədir – onun Rusiya ilə öz hesabları var. Ermənistan və Azərbaycan nümunəsində isə hər şey Qarabağ münaqişəsinə dirənir. Onsuz Rusiya (oxu: Putin) nəinki bu iki ölkəyə, həm də ümumilikdə regiona əsas təzyiq rıçaqından məhrum olardı. Bütün bunlara guya son qoymalı olan ikinci Qarabağ müharibəsinin nəticələri əslində heç nəyi dəyişmədi.
Cənubi Qafqaz həddən çox böyük geosiyasi oyunçuların: ABŞ və Rusiyadan başqa, həm də Türkiyənin maraqlarının kəsişdiyi zonada yerləşir. Və onlardan hər biri bizim ölkələrdə dövlət kursu və ictimai əhval “ədyalını” öz üzərinə çəkməyə çalışır.
Bu, hökumətlərin və cəmiyyətlərin üzərindən məsuliyyəti tam götürürmü? Yoxsa biz sadəcə özümüzün yetkin olmadığımızı və öz ağlımızla yaşaya bilmədiyimizi etiraf etməliyik?
Daha bir vacib məsələ – cəmiyyətlərin özləri belə bir imkan yaranarsa, regionun birləşməsinə nə dərəcədə hazırdır? Onlar nə dərəcədə öz tarixi yaralarını sakrallaşdırmaqdan, onlardan hansının daha möhtəşəm olduğu, hansının burada daha əvvəl yaşadığı haqda mübahisələrdən imtina etməyə hazırdırlar?
Regionun üç ölkəsinin əhalisi öz milli ideyalarını nə dərəcədə bir kənara atıb, birgə siyasi və iqtisadi inkişaf perspektivlərini müzakirə edə bilərlər?
Qızıl ordu Qafqaza gələnə qədər utopik əərazi alyansı mövcud idi: əvvəlcə bu, Zaqafqaziya Demokratik Federativ Respublikası idi. Sovetləşmə başlayanda isə onun analoqu yaradıldı: Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası.
Yox, mən onu nəzərdə tutmuram ki, bizim ölkələr növbəti federasiya tərkibində birləşə bilər. Mən müstəqil respublikaların müttəfiqlik münasibətlərindən danışıram.
İtaliyalı bir tanışım vardı, hesab edirdi ki, xırda dövlətlərin tam müstəqilliyi qeyri-təbii haldır: onlar böyük dövlətlərin yanında durmalıdırlar ki, həyatda qalsınlar. Mən bunu zarafatla Roma İmperiyasından qalma düşüncə adlandırmım.
Amma yəqin ki, bir regiondan olan kiçik dövlətlər (hətta 10 milyonluq Azərbaycan o qədər də balaca olmasa da) bir-birinin yanında durmalıdır. O cümlədən də böyük dövlətlərdən formal yox, həqiqi müstəqilliyini də qorumaq üçün.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.