Azərbaycanlı tələbə İranda 2 il həbs cəzası alıb
Fərid Səfərlinin işi
İranda saxlanılaraq “casusluq etmək niyyəti”ndə ittiham olunan azərbaycanlı tələbə Fərid Səfərliyə hökm oxunub. O, iki il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə onun anası Dilarə Əsgərova məlumat verib. O bildirib ki, oğlu günahsızdır və qərardan apellyasiya şikayəti verəcəklər.
- Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığından çıxarılması nə deməkdir?
- “Ermənistan üçün nəticəsi – bir az hay-küy saldılar və geri döndülər”. BMT Təhlükəsizlik Şurası iclasının yekunlarına Bakıdan baxış
- “Azərbaycanın şəhər infrastrukturu əlillərə hesablanmayıb”
“Fərid dünən qərarı alıb, iki il həbs cəzası veriblər. Vəkil prosesin sonunda qoşuldu, məhkəmənin gedişatına heç bir təsiri olmadı. Hakim sadəcə öz ofisində oturub Fəridə son söz vermədən qərar verib”, – Dilarə Əsgərova bildirib.
Almaniyada tibb təhsili alan azərbaycanlı tələbə Fərid Səfərli İrana səfəri zamanı, martın 3-dən etibarən itkin düşüb. Ailəsi bildirirdi ki, o, İrana rəfiqəsi ilə görüşməyə gedib, bundan sonra Almaniyadakı tələbə yoldaşlarına zəng edib geri qayıtması üçün bilet almalarını xahiş edib. Ancaq sonradan onunla əlaqə kəsilib.
Xarici İşlər Nazirliyi bununla bağlı İrana nota ünvanlayıb məlumat istəsə də, onlar cavab vermirdi. Yalnız üç ay sonra, iyunun 2-də Səfərlinin İranda “casusluq” ittihamı ilə həbs edildiyi məlum olub. Daha sonra ona qarşı irəli sürülmüş ittiham yumşaldılaraq “casusluq etmək niyyəti” ilə əvəz olunub.