Salyan rayonunun icra başçısı Tahir Kərimov nəinki məşhurlaşdı, həm də bir an içində yeni azərbaycanlı Sezar adını qazandı.
Şəkil İH-nin rəsmi saytından götürülüb. Qızılgüllər altından keçən icra başçısı sosial şəbəkələrdə gülüş və hiddət mənbəyinə çevrilib.
“Bu “Sodomun 120 günü filminin Azərbaycan versiyasıdır “Yaxşı ki bu, prezident deyil, yoxsa məlum deyil nə oyunlardan çıxardı “Allah, mənə ölüm ver, bunları görməyim! “Bölüşmək istəyirdim, amma başqa ölkələrdən olan dostlarımdan ayıbdır Bəziləri isə şəklə ciddi yanaşdı: “Burada təəccüblü heç nə görmürəm. Guya bilmirsiz ki, ölkəmizdə hakimiyyət nümayəndələri özlərini elə bu cür aparırlar. Kərimovun özü isə lent.az saytına bildirib ki, bu foto 2014-cü il may ayında çəkilib, Təhsil şöbəsinin hazırladığı kompozisiyadır və burda böyüdüləsi bir şey yoxdur.