Azərbaycanlı bankirin həyat yoldaşı Londonda həbs edilib
Paylaşmaq
Paylaşmaq
Zamirə Hacıyeva, təqib altında olan bankirin həyat yoldaşı Londonda qanunsuz əldə edilən vəsaitlərin leqallaşdırılması ilə mübarizə çərçivəsində həbs edilib. Bu, Britaniyanın həmin qanunu əcnəbiyə qarşı tətbiq etdiyi ilk haldır. BBC xəbər verir ki, həbs hələ ötən həftə Azərbaycan hökumətinin onun ekstradisiyası ilə bağlı xahişi üzrə həyata keçirilib.
Zamirə Hacıyeva kimdir?
Zamirə Hacıyeva Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşıdır. Hacıyev özü 211 milyon manatdan (130 milyon dollar) çox vəsaitin talanması ilə bağlı məhkum edilib. Həmin vaxtdan bəri onun həyat yoldaşı Londonda gizlənirdi və hədsiz israfçı həyat tərzi ilə Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyinin diqqətini çəkib.
Zamirə Hacıyeva uzun illər boyu Londonda ərinin kredit kartlarından istifadə edərək sağa-sola xərclədiyi milyonlarla funt-sterlinqlərin mənbəyini izah etməlidir.
Həbsindən sonra hakimin çıxardığı qərara əsasən, Hacıyeva 500 min funt-sterlinq girov qarşılığında azad edilə bilərdi. Amma dövlət ittihamçıları bu qərara kəskin etiraz ediblər. Nəticədə Hacıyeva istintaq təcridxanasında qalıb. O, apellyasiya şikayəti verib və onun şikayətinə noyabrın 9-da Britaniya Ali Məhkəməsində baxılacaq.
Cəmiyyətin reaksiyası
Bu xəbər Azərbaycanda bir çox sosial şəbəkə istifadəçilərini sevindirib:
“Həftənin ən yaxşı xəbəri”;
“Qoy bu yerli oğrular görsünlər ki, onları da həmin aqibət gözləyir”;
“Ən yaxşısı qoy pulları ekstradisiya eləsinlər, onu isə özlərinə saxlaya bilərlər))”.
Amma Hacıyevanı müdafiə edənlər də tapılıb:
“Cəmiyyətin fikrini manipulyasiya etmək nə asandır – hamı sevinir ki, onu həbs edib, vətənə ekstradisiya edəcəklər. Halbuki pul verib canını qurtarmayan yeganə cütlük idi. Nəticədə ər yatır, arvadının da üstünə yerli KİV və İngiltərə ədalət mühakiməsi düşüb. Digər devrilmiş oğrular rahatca yaşayır, onlara gözün üstdə qaşın var, deyən də yoxdur”.