Azərbaycanda Xocalı faciəsinin 26-cı ildönümü qeyd olunub
Paylaşmaq
Paylaşmaq
Foto: trend.az
Qırx minə yaxın Azərbaycan vətəndaşı Qarabağ müharibəsinin ən qanlı hadisəsinin – Xocalı faciəsinin qurbanlarının xatirəsini yad edib. Rəsmi tədbir prezidentin, parlament və hökumət nümayəndələrinin memorialı ziyarət etməsi ilə başlayıb. Dünyanın müxtəlif ölkələrində “Xocalı üçün ədalət” şüarı altında çoxsaylı mitinqlər keçirilib.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri ağır texnika və Sovet Ordusunun Qarabağda dislokasiya olunan 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək ələ keçirib.
Azərbaycan tərəfinin rəsmi məlumatına görə, erməni silahlı dəstələrinin əməlləri nəticəsində şəhərdə olan 5 min nəfərdən 613 nəfəri öldürülüb ki, onlardan da 106 nəfəri qadın, 63-ü uşaq, 70-i isə qoca olub. 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi bu günə kimi bəlli deyil. Səkkiz ailə tamamən məhv edilib.
“Xocalı şəhərinin Ermənistanın silahlı dəstələri tərəfindən işğalı nəticəsində Azərbaycan dövlətinə və onun vətəndaşlarına 170 milyon ABŞ dolları dəyərində ziyan dəyib”,, – Azərbaycanın Xarici İşlər Nazirliyi və Baş Prokurorluğunun birgə rəsmi bəyanatında belə deyilir. Yeri gəlmişkən, bu cür müştərək bəyanat 26 ildə ilk dəfədir ki, açıqlanır.
Xocalı faciəsini əks etdirən yerli və xarici jurnalistlərin çəkdiyi foto və videolar bütün dünyanı dolaşıb.
Qurbanların dəqiq sayı ilə bağlı bu günə qədər vahid fikir yoxdur.
Britaniyalı jurnalist Tomas de Vaal Azərbaycanın parlament komissiyasının dərc etdiyi rəqəmi (donaraq ölənlər də daxil olmaqla 485 nəfər) ən həqiqətəuyğun hesab edir.
Erməni tərəfinin itkiləri əhəmiyyətli sayda olmayıb. Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin yazdığına görə, Xocalıya hücum zamanı 7 erməni ölüb, 20 nəfər yaralanıb.
Xocalı faciəsi Azərbaycanda hakimiyyət dəyişikliyinə səbəb olub. 1992-ci il martın 6-da respublikanın birinci prezidenti Ayaz Mütəllibov istefa verməyə məcbur qalıb.
Xocalı faciəsi haqda daha ətraflı JAMnews-un bu məqalələrindən oxumaq olar: