Azərbaycanda səs-küylü toy mclisindən yeni video və daha 12 qonağın adı yayılıb
“Boz kardinal” Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən qonaqlar sırasında Azərbaycan parlamentinin daha iki deputatı, paytaxtın ali məktəblərindən birinin rektoru, ölkənin ombudsmeni, o cümlədən də bir neçə tanınmış kommersiya strukturunun rəhbəri də olub.
Toydan yayılmış yeni videoda bəzi qonaqlar, o cümlədən də parlament deputatı Siyavuş Novruzovun həyat yoldaşı Azərbaycanın insan haqları müdafiəçisi Səbinə Əliyevanın rəqs etdiyi yaxşı görünür. Novruzovun özü isə toyda iştirakına görə tənqid ediləndən sonra Yeni Azərbaycan iqtidar partiyasının idarə heyyəti sədrinin müavinliyindən istefa verib.
Toydan sonra gəlinin atası – Ramiz Mehdiyevin kürəkəni, Azərbaycan parlamentinin eks-deputatı İlham Əliyev, o cümlədən də bəyin atası Dövlət Təhlükəsizlik Xidmətinin polkovniki Rövşən Mustafayev 15 sutka həbs cəzası alıb. Onların məhkəmə prosesi ölkənin İctimai televiziyası ilə canlı yayımlanıb.
2020-ci ilin martından koronavirus pandemiyasına görə Azərbaycanda toy və digər kütləvi mərasimlərin keçirilməsi qadağan edilib.
• Azərbaycanda toy qalmaqalının əks-sədası: Saytlar Ramiz Mehdiyevin bəyanatını sildi
• Qazın göyərçinə aşiq olması: Azərbaycanda “uşaq” kitabı qadağan edilib
Almaniyada yaşayan tanınmış azərbaycanlı bloger Həbib Müntəzir Facebook səhifəsində qalmaqallı toyun daha 12 iştirakçısının adlarını paylaşıb:
Fərid Mustafayev (bəyin qardaşı, polis baş leytenantı;
Bəxtiyar Əliyev (parlament deputatı);
Kamilə Əliyeva (Ramiz Mehdiyevin qızı, Bakı Dövlət Universitetində kafedra müdiri);
Səbinə Əliyeva (Azərbaycanın ombudsmeni);
Aysel Teymurzadə (müğənni, Dövlət Filarmoniyasının direktorunun həyat yoldaşı);
Nigar Mehdiyeva (Ramiz Mehdiyevin gəlini, VTV bankın müşahidə şurasının üzvü;
Fikrət Əliyev (gəlinin dayısı, keçmiş xüsusi xidmət polkovniki);
Fəridə Əliyeva (Fikrət Əliyevin həyat yoldaşı);
Orxan Əliyev (eks-deputat İlham Əliyevin qardaşı oğlu, Ailə TV kabel televiziyasının rəhbəri);
Səftər Əliyev (eks-deputat İlham Əliyevin digər qardaşı oğlu, “AQUA SAFE” və “E and S” şirkətlərinin sahibi);
Gülçöhrə Məmmədova (Memarlıq və İnşaat Universitetinin rektoru).
Sosial şəbəkə istifadəçiləri yayılan yeni videoaya birmənalı reaksiya verməyiblər. Bir neçə xarakterik şərhi təqdim edirik:
“Hiss olunur ki, çəkiliş gizli aparılır”.
“Yeni ombudsmenin bu rəqsdən sonra mən keçmiş insan haqları müdafiəçisinə hörmət etməyə başladım”.
“Kadrdakı bu insanlar əslində cəmiyyətin aşağı təbəqələridir, amma nə cürsə rəhbərliyə gəlib çıxıblar”.