Azərbaycanda sərt karantin rejimi avqustun 31-nə qədər uzadıldı
5 avqustdan etibarən ölkədə xüsusi karantin rejimi ilə əlaqədər tətbiq olunmuş SMS icazə sistemi ləğv olunur, digər qadağalar olduğu kimi qalır. Yeganə ləğv olunmuş qadağa çimərliklərə aiddir: sabahdan etibarən xüsusi saytda qeydiyyatdan keçərək, dəniz sahilinə yollanmaq olar.
COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla xüsusi karantin rejimi tətbiq olunmuş şəhər və rayonlarda 2020-ci il 31 avqustadək davam edəcək.
• Pandemiya zamanı Azərbaycana qayıda bilməyənlər – bu, yaxşıdır, ya pis?
• Gürcüstanın Marneuli şəhərində 1000 qonaqlıq toysuz həyat
• Azərbaycanda 32 mindən, Ermənistanda 39 mindən çox, Gürcüstanda isə 1179 nəfər yoluxub
• Ermənistanda koronavirus: niyə ölkə epidemiyanın öhdəsindən gəlmədi?
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi məlumata görə, həmin şəhər və rayonlar avqustun 5-dən icazə sistemindən istifadə etmədən yaşayış yerini tərk edə biləcəklər.
Həftə sonları ictimai nəqliyyat ictimai nəqliyyat işləməyəcək. Kafe və restoranlar ancaq yerində al-apar xidməti ilə fəaliyyət göstərəcəklər.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən alınan qərara əsasən, ölkə üzrə çimərliklərin istifadəsinə də icazə verilir. Bunun üçün xüsusi yaradılmış cimerlik.az saytında qeydiyyatdan keçərək, boş yer olan çimərliyi seçmək lazımdır. Çimərliklər səhər saat 8-dən axşam 21-dək açıq olacaq.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli Qərarı ilə fəaliyyətinə icazə verilən və qadağan edilən iş və xidmət sahələrinə dair qaydalar olduğu kimi qalır.
Toy mərasimlərinə icazə verilmir.
Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağndır.
Operativ Qərargah virusa yoluxanların sayının azaldılması üçün 5 nəfərdən artıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırır.
Sosial şəbəkələrdə karantinin uzadılması qərarı birmənalı qarşılanmayıb. Əksər istifadəçilər sarkazm dolu qeydlər edib, karantin rejiminin belə tezliklə bitməyəcəyinə eyham vururlar.
Sosial şəbəkədəki bəzi şərhlər:
“Verilən məntiqsiz hər qərar ölkədəki pandemiyaya, xəstəliyə olan inamımı bir az da itirir. Hər qərarda sanki insanları üsyana, ayağa qaldırmağa sövq edən nəsnə var. Biz isə gerçəkdən səbir nümayiş etdiririk”.
“Arada oturub fikirləşirsən və belə qənaətə gəlirsən ki, 30 ildir hakimiyyəti öz əlində saxlayan hakimiyyət üçün virusun Gürcüstandakı kimi sonlandırılması görən bu qədərmi çətin oldu?” “Karantinə necə sərt girmişiksə, çıxa bilmirik. Bütün dünya bir-birinə get-gəldə, biz yayın sonunda çimərliyin açılmasını bayram edirik”.