Azərbaycanda “Qara yanvarın” növbəti ildönümü qeyd olunub
Azərbaycanlılar 1990-cı ilin faciəvi hadisələrinin 28-ci ildönümünü qeyd edib. O zaman yanvarın 19-dan 20-ə keçən gecə sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində yüzdən çox dinc sakin qətlə yetirilmişdi.
20 yanvar ümumxalq matəm günündə Bakı vaxtı ilə saat 12:00-da bütün Azərbaycan ərazisində “Qara yanvar” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Gəmilər, avtomobillər və qatarlar siqnal verib, avtobuslara qara lent bağlanmış dövlət bayraqları asılıb.
Minlərlə bakılı faciə qurbanlarının dəfn edildiyi “Şəhidlər xiyabanını” ziyarət edib. Bununla bağlı səhər saatlarında Bakının mərkəzi küçələrində hərəkət məhdudlaşdırılıb. Matəm mərasimində Azərbaycan prezidenti və digər dövlət və ictimai xadimlər iştirak edib.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakı və Azərbaycanın bəzi şəhərlərinə Sovet Ordusunun hissələri yeridilib. Etiraz aksiyalarının yatırılması nəticədə rəsmi məlumata görə, 147 nəfər həlak olub, 744 nəfər yaralanıb, 841 nəfər həbs edilib.