Azərbaycanda karantin şərtləri yumşaldılır – VİDEO
Mayın 31-dən etibarən Azərbaycanda küçədə maskasız gəzmək mümkün olacaq, 8 aya yaxın qapalı qalmış metro işləməyə başlayacaq. Cəmi 10 gündən sonra isə idman zalları COVID pasportu olan vətəndaşlar üçün açılacaq. Amma indidən bəzi əyləncə məkanları açıqdır.
Bunlardan biri koronavirus pandemiyasına görə uzun müddət işləməyən gəzinti katerləridir. Onlar artıq bakılıları və şəhərin qonaqlarını Xəzərdə qısamüddətli gəzintiyə aparırlar.
JAMnews-un əməkdaşı da bu fürsətdən istifadə edib dəniz gəzintisinə çıxıb. Lakin gəzinti zamanı ciddi karantin şərtlərinə (maska və sosial məsafə) riayət olunmasının vacibliyi vurğulansa da, əslində katerdə bu şərtlərin pozulmasının şahidi olduq.