Azərbaycanda karantin rejimi yumşaldılır: teatrlar və kinoteatlar açılır
Oktyabrın 1-dən Azərbaycanda il yarımlıq fasilədən sonra tetatrlar və kinoteatrlar fəaliyyətini bərpa edir. Amma yalnız COVID-pasportu olan vətəndaşlar tamaşaçı ola biləcəklər. Həmçinin 2020-ci ilin dekabrından bəri ölkədə ilk dəfə istirahət və bayram günlərində ictimai nəqliyyat işləyəcək.
- Gürcüstanda vaksinasiya əleyhdarlarının 37,5 faizi sonsuzluqdan və ya ölümdən qorxur
- Azərbaycanda tədris ili gec başlayacaq
- Azərbaycanda 16 yaşından vaksinasiyaya icazə verildi
Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargah növbəti dəfə ölkədə karantin rejiminin şərtlərini yumşaltmaq qərarı verib. Operativ Qərargahın məlumatında deyilir ki, bu qərar vaksinasiyadan keçmiş vətəndaşların sayının artması və sutka ərzində yoluxma dinamikasının azalması ilə şərtlənib.
Beləliklə, 2021-ci il oktyabrın 1-dən aşağıdakı fəaliyyət və xidmət sahələrinin fəaliyyəti bərpa olunur:
- İstirahət və əyləncə mərkəzləri (klublar daxil olmaqla), uşaq əyləncə mərkəzləri;
- Mədəniyyət obyektləri, kinoteatrlar, teatrlar, ümumi tutumunun 50 faizinə qədərinin dolması şərtilə;
- Böyük ticarət mərkəzlərindəki uşaq və digər əyləncə mərkəzləri, o cümlədən də ümumi tutumunun 50 faizinə qədərinin dolması şərtilə kinoteatrlar.
Qeyd olunur ki, qeyd olunmuş sahələrə aid obyektlərin əməkdaşlarının 80 faizinin tam vaksinasiya və ya immunitet sertifikatı, yaxud da vaksinasiyanın əks göstərişi haqda sənədi olmalıdır.
Qərara əsasən, fəaliyyəti bərpa olunan sahələrdə iş gecə yarısına qədər davam edəcək, 18 yaşdan yuxarı şəxslərə xidmət göstərilməsinə isə yalnız COVID-pasport, immunitet sertifikatı və ya vaksinasiyanın əks göstərişi haqda sənəd olduğu halda icazə verilir.
Həmşinin 2020-ci ilin dekabrından bəri ilk dəfə istirahət və bayram günlərində avtobusların və metronun hərəkətinə qoyulmuş qadağa aradan qaldırılır.
Amma şəhərlərarası və regional sərnişindaşıma zamanı COVID-pasport tələb olunacaq. İstisna hal kimi Bakı və Sumqayıt, o cümlədən də Abşeron rayonu ərazisində sərnişindaşımada bu qayda tətbiq edilmir.
Azərbaycan, Ermənistan və Gürcüstanda yeni koronavirusa yoluxma hallarının cari dinamikası ilə burada tanış ola bilərsiz.
Vaksinasiya
Sentyabrın 24-ə olan rəsmi məlumata əsasən, Azərbaycanda yetkin yaşda olan əhalinin 46,8 faizi koronavirusa qarşı vaksinin ən azı bir dozasını alıb
Tam vaksinasiyadan keçənlər isə 35,4 faiz təşkil edir.