Azərbaycanda ilk müstəqil rusdilli qəzetin yaradıcısı Rauf Talışinski vəfat edib
Rauf Talışinski Azərbaycanda ilk müstəqil rusdilli qəzet olan “Zerkalo”nun yaradıcısı olub. Bakıda mayın 8-nə keçən gecə ürək xəstəliyindən vəfat edib.
Rauf Talışinski qırx ilə yaxın jurnalistika sahəsində çalışıb. 1990-cı ildə, Sovet İttifaqının son illərində, Bakıda komendant saatı və iğtişaşlar zamanı inadla müstəqil kurs tutan “Zerkalo” qəzetini yaradıb. Qəzetin on minlərlə nüsxəsi satılıb, bu, Bakı üçün çox böyük tirajdır.
İndi Bakıda çox az adam xatırlayır ki, məşhur publisistik “Monitor” jurnalı da əvvəlcə “Zerkalo”nun əlavəsi kimi çıxıb. Sonra “Monitor” “Zerkalo”dan ayrılır və ona azərbaycanlı dissident jurnalist, öz məqalələrində hakimiyyəti tənqid edən və 2005-ci ildə qətlə yetirilən Elmar Hüseynov başçılıq edib (cinayətkar hələ də tapılmayıb).
Rauf Talışinski 2001-ci ildə “Zerkalo”nu tərk edərək, “Exo” qəzetini təsis edir və onun başında durur.
Uzun müddət “Zerkalo” azərbaycanlı jurnalistlər üçün məktəb olub. Qəzet Azərbaycanın çox sayda məşhur rus dilli jurnalistlərini yetişdirib.