Beləliklə, sağalanların sayı altı nəfərə çatıb. Yoluxanların ümumi sayı 19 nəfərdir. Bir nəfər ölüb.
Martın 14-dən Azərbaycanda xüsusi rejim tətbiq olunub. Bütün kütləvi tədbirlər təxirə salınıb, kinoteatrlar, muzeylər, teatrlar, əyləncə mərkəzləri idman zalları bağlanıb. Kafe və restoranlar yalnız 21:00-a qədər işləyə bilər.